Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Həbsxanada dalaşıblar


Həbsxana

Bu gün, aprelin 5-də Azərbaycanın bəzi yerli saytları 2 Saylı Cəzaçəkmə Müəssisəsində yumruq davası düşməsi barədə məlumatlar yayıb. Həmin məlumatlara görə, kütləvi dalaşma olub və 6 məhbus xəsarət alıb. Saytlar müəyyən adlar da çəkir.

Amma Penitensiar Xidmət dava baş verməsini təsdiqləsə də, məlumatlarda bəzi dəqiqləşmələrə ehtiyac görür. «Aprelin 5-də bəzi internet resurslarda 2 Saylı Cəzaçəkmə Müəssisəsində dustaqlar arasında kütləvi dava olması haqqında yayılmış xəbərlərin dəqiqləşdirilməsinə ehtiyac var. Əvvəla, elə təəssürat yaranmasın ki, bu hadisə bu günlərdə olub. Bu hadisə martın əvvəllərində baş verib. Davaya səbəb məişət zəminində baş verən mübahisələr olub. Dava da 3 nəfər dustaq arasında baş verib», - Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib

Onun deməsinə görə, həmin şəxslər də müəssisənin daxili intizam qaydalarını pozduqlarından cərimə otağına salınıb. Xidmətdən məsələ ilə bağlı əlavə informasiya verilməyib.

Bütün bu deyilənləri, hələlik, müstəqil mənbələrdən və dalaşdıqları bildirilən məhbusların yaxınlarından dəqiqləşdirmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG