Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

37 ildir itkin düşmüş israilli əsgərin qalıqları tapılıb


Əsgərin qalıqlarının təhvil verilmə mərasimi

Prezident Vladimir Putin deyir ki, Rusiya və Suriya əsgərləri 1982-ci il Livan müharibəsindən bəri itkin düşmüş israilli əsgərin cəsədini tapıb.

Putin bunu aprelin 4-də İsrailin Baş naziri Benjamin Netanyahu ilə Moskvada görüş zamanı söyləyib.

Onun sözlərinə görə, serjant Zachary Baumel-in qalıqları İsrail rəsmilərinə təhvil verilib. O, İsrailin Livanı işğal etməsi zamanı itkin düşüb.

ABŞ-da anadan olmuş Baumel 1970-ci il ildə İsrailə mühacirət edib.

O, Suriya ilə sərhəddəki Sultan Yakub kəndində döyüş zamanı itkin düşüb. Həmin döyüşdə 20-dək İsrail əsgəri həlak olub.

Baumellə birlikdə daha iki əsgər – Zvi FeldmanYehuda Katz da itkin düşmüşdü və öldükləri güman edilirdi. Digər iki əsgər hələ də itkin sayılır.

XS
SM
MD
LG