Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 23:10

ABŞ Rumıniya və Polşaya da F-35 sata bilər


F-35 təyyarəsi

“Reuters” xəbər verir ki, Birləşmiş Ştatlar beş yeni ölkəyə F-35 qırıcıları satmağı nəzərdən keçirir. Həmin ölkələr içində Rumıniya, Polşa və Yunanıstan var.

Agentlik aprelin 4-də ordunun F-35 idarəsinin rəhbəri, vitse-admiral Mathias Winter-ə istinadla yazıb ki, “Xarici Hərbi Satışların gələcək potensial müştəriləri içində Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa var”.

Winter bunu ABŞ Nümayəndələr Palatasına yazılı ifadəsində qeyd edir.

2018-ci ildə Belçika F-35 son illər ərzində ilk yeni müştərisinə çevrildi. Daha doqquz ölkə – Britaniya, Avstraliya, İtaliya, Norveç, Niderland, İsrail, Yaponiya, Cənubi Koreya və Türkiyə də bu qırıcıları almaq üçün sənəd imzalayıblar.

Amma Vaşinqton Türkiyənin F-35 proqramında iştirakını dayandırıb. Səbəb Ankaranın ABŞ və NATO-nun qarşı çıxmasına baxmayaraq Rusiyadan S-400 müdafiə sistemləri almaq qərarıdır.

Finlandiya, İsveçrə və BƏƏ də F-35 almağı nəzərdən keçirir.

Bu tip alışlar hökumətlərarası sazişlər hesab olunur.

XS
SM
MD
LG