Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İranlıların hökumətə 'daşqın etirazı'


Daşqından ziyan görənlər
Daşqından ziyan görənlər

İranlılar hökumətin daşqınlardan sonra adekvat yardım göstərmədiyini deyərək etiraz edirlər.

Martın 19-dan ölkəyə yağan leysan yağışlar 31 vilayətdə yüzlərlə şəhərə və kəndə ziyan vurub, azı 62 nəfər həlak olub.

Yağışlar davam edir, minlərlə adam açıq havada qalıb, yetərincə yeməyi, isti geyimi yoxdur.

“EMOSİONAL FERMERLER ETİRAZLARINI BİLDİRİBLƏR”

Etirazçıları qəzəbləndirən daha bir amil hökumətin daşmaq həddinə çatan böyük bəndlərdən suyu açıb buraxmasıyla bağlı qərarıdır, bu addımın onların evlərinə, əkin sahələrinə, mal-qaralarına ziyan vuracağını deyirlər.

Sosial mediada yayılmış, müstəqil təsdiqləmək mümkün olmayan videolarda dağlıq Lorestan vilayətində və neft istehsal olunan Xuzestanda etirazların keçirildiyi bildirilir.

Xuzestan vilayətində daşqın
Xuzestan vilayətində daşqın

Daşqınlar bu vilayətlərə böyük ziyan vurub, onlarla şəhər, kənd boşaldılıb, evlərə, infrastruktura ciddi ziyan dəyib.

Aprelin 4-də sosial mediaya yüklənmiş videoda qəzəbli kütlə İranın ordu komandiri Ahmad Khadem Sayyid al-Shohada-nın maşınını dövrəyə alıb. O, Xuzestanda Karun çayı boyunca yardım işlərini koordinasiya edir.

Videonu yükləyən, kimliyi bilinməyən şəxs onun Şarmiya kəndində çəkildiyini deyir.

Xuzestanda fövqəladə vəziyyət elan olunub, böyük bir bəndin suyu buraxılmazdan öncə onlarla kənd boşaldılıb.

Shohada aprelin 3-də IRNA dövlət xəbər agentliyinə deyib ki, yerli sakinlər etiraz edib, daşqınlardan ziyan görmüş “emosional” fermerler “etirazlarını bildiriblər”.

ROHANİ ADMİNİSTRASİYASI TƏNQİD OLUNUR

Yardım işində həm İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK), həm də İran ordusu iştirak edir.

Kirmanşahda daşqının dağıtdığı körpü
Kirmanşahda daşqının dağıtdığı körpü

İİKK da bu arada Prezident Hassan Rohani administrasiyasının yardım işini düzgün təşkil etmədiyini bildirib.

Tənqidçiləri hökumətin gördüyü işləri yetərli saymır, hakimiyyətin daşqından ziyan görmüş on minlərlə adamın ehtiyaclarını təmin edə bilmədiyini deyirlər.

İİKK komandiri Mohammad Pakpur aprelin 3-də deyib ki, Lorestan vilayətində xilasetmə və yardım əməliyyatları “idarə olunmayıb”.

İran Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Sarem Razaee Lorestandakı Pol-e Dokhtar şəhərinin “böyük böhran” içində olduğunu deyib.

Pakpurun sözlərinə görə, hökumət rəsmiləri regiona getməyə “ürək etmirlər”, çünki “adamlar üsyan əhvalındadır”.

O, ərazidən çıxarılmış vətəndaşların “məyus, şərtlərin pis olduğunu” sözlərinə əlavə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG