Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:29

NATO-nun 70 yaşı tamam olur


İllüstrativ foto
İllüstrativ foto

Bu həftə NATO- Şimali Atlantika Sazişi Təşkilatı 70 yaşını tamamlayır. NATO-nun xarici işlər nazirləri bu münasibətlə ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gəliblər.

Hərbi alyans hazırda Rusiyanı önləmək üçün minlərlə əsgər və avadanlıqdan istifadə edir, kiberhücumlar və hibrid müharibə kimi yeni təhdidlərə qarşı çıxış yolları axtarır.

1949-cu il aprelin 4-də imzalanmış saziş əsasında yaradılan NATO ABŞ və Kanadanı Avropadakı müttəfiqləri ilə birləşdirib. Soyuq Müharibə dövründə Sovet təcavüzü sarıdan qorxu bu alyansın yaranmasının əsas səbəbidir.

Elə sazişin 5-ci maddəsində deyilir ki, alyansın Avropa və Şimali Amerikada bir üzvünə hücum üzvlərin hamısına qarşı hücum hesab olunacaq. Beləliklə də Qərbi Avropa Birləşmiş Ştatların “nüvə çətiri”nin altına keçmiş oldu.

Jens Stoltenberg (ortada) Vaşinqtonda çıxış edir
Jens Stoltenberg (ortada) Vaşinqtonda çıxış edir

NATO indiyədək 5-ci maddəni bircə dəfə, ABŞ-da 2001-ci ilin 11 sentyabr terrorundan sonra işə salıb.

NATO “terrorçuluq”la mübarizədə vacib rol oynadığını bildirir. Alyans Əfqanıstanda yerli qüvvələrə təlim keçməyə 13 min əsgərini ayırıb. NATO İŞİD silahlı qruplaşmasına qarşı qlobal koalisiyanın üzvüdür.

2 FAİZLİK HƏDƏF ZİDİYYƏT YARADIR

İlkin olaraq 12 üzvü olan NATO hazırda 29 ölkəni birləşdirən bir alyansdır. Bir sıra ölkələr isə üzvlük danışıqlarının başlanmasını gözləyir.

Alyans üzvlərinin hamısı 2024-cü ilədək ümumi daxili məhsulun iki faizini müdafiəyə xərcləməyə razılaşıblar. Amma Berlin ötən ay bildirdi ki, hərbi xərcləri 2020-ci ildə 1,37, 2023-cü ildə 1,25 faizə düşəcək. Kansler Angela Merkel daha öncə 2024-cü ilədək 1,5 faiz vəd etmişdi.

Angela Merkel
Angela Merkel

Bu xəbər Vaşinqtonu qəzəbləndirib. NATO rəhbəri Jens Stoltenberg deyib ki, Berlin 2014-cü ilin sammitində götürdüyü öhdəliklərə əməl etməlidir.

2018-ci ildə NATO-nun 29 üzvündən yalnız yeddisi 2 faizlik hədəfə əməl edib.

Kreml NATO-nu Şərqi Avropada təhlükəsizliyə hədə sayır və ona düşmən hərbi bloku kimi baxır. Ötən il Rusiya Prezidenti Vladimir Putin NATO-nu Ukrayna və Gürcüstanla münasibətlərini sıxlaşdırmaqdan dolayı xəbərdar edib. Kreml bu siyasəti məsuliyyətsiz adlandırıb, alyans üçün fəsadlar verəcəyini deyib.

ABŞ Prezidenti Donald Trump vəzifə başına keçər-keçməz NATO-nu köhnəlmiş qurum adlandırmışdı. Amma hər 10 amerikalıdan 8-i NATO-nu dəstəkləyir. Bunu Merilend Universitetinin keçirdiyi yeni sorğu üzə çıxarıb.

2 min 400 respondentin 83 faizi deyib ki, Birləşmiş Ştatlar NATO-da qalmalıdır.

Demokratları dəstəkləyən respondentlərin 90, respublikaçıların isə 77 faizi bu fikirdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG