Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Dünyada hər 5 ölümdən birinə pis yemək səbəb olur – Qərb mediası


Sağlam həyat tərzi üçün çoxlu mer-meyvə yemək lazımdır
Sağlam həyat tərzi üçün çoxlu mer-meyvə yemək lazımdır

Dünyada hər beş ölümdən biri pis yemək vərdişilə bağlıdır. Belə bir xəbərdarlıqla ekspertlər bu gün – aprelin 4-də çıxış ediblər. Şəkərdən, duz və ətdən həddən artıq istifadənin hər il milyonlarla adamın həyatına son qoyduğu bildirilir.

BMT-nin hesablamasına görə, dünyada bir milyardadək adam pis qidalanır, iki milyardadək adamsa “normadan artıq yeyir”.

“The Lancet” dərgisində dərc olunmuş son araşdırmada 195 ölkədə aparılan tədqiqata əsasən bildirilir ki, adamlar yanlış ərzaqla qidalanırlar, sağlam məhsullardan az istifadə etməkləri narahatlıq doğurur.

Məsələn, dünyada şəkərlə şirinləşdirilmiş içkilər tövsiyə olunan həcmdən 10 dəfə çox işlənir, adambaşına təhlükəsiz sayılan soda norması isə 86 faiz daha çox işlənir.

Ət
Ət

Araşdırma zamanı 1990-2017-ci illər arası istehlak və xəstəlik trendləri öyrənilib. Müəlliflər xəbərdarlıq edirlər ki, adamlar daha az dənli məhsullar, meyvə, qoz-fındıq, tum yeyirlər. Halbuki, bunlar sağlam həyat tərzi üçün vacibdir.

Pis yemək vərdişilə əlaqələndirilən 11 milyon ölümə daha çox ürək-damar xəstəliyi, buna isə artıq çəki səbəb olur.

Araşdırmada həmçinin bir çox ölkələrdə pis yemək vərdişinə iqtisadi bərabərsizliyin də səbəb olduğu vurğulanır.

Cənubi Koreya 5G şəbəkəsini işə salır

Aprelin 5-dən Cənubi Koreyada dünyada ilk ölkə olaraq 5G mobil şəbəkəsini işə salır.

Bu sistem smartfonların mövcud 4G-dən 20 dəfə artıq sürətlə internetə qoşulması, bütöv filmləri bir saniyədən də az vaxt içində yükləyə bilməsi deməkdir.

Arxiv fotosu
Arxiv fotosu

3G genişmiqyaslı mobil veb çıxışı, 4G sosial mediadan tutmuş Uber kimi tətbiqlərə çıxış təmin etdi. 5G isə bəzi cihazların gələcək inkişafı üçün vacibdir, məsələn, özüyeriyən maşınlar, sənaye robotları və sairə.

Londonda mənzillənən Qlobal Mobil Kommunikasiyalar Sisteminin məlumatına görə, 5G 2034-cü ilədək 565 milyard ABŞ dolları həcmində qlobal xeyir verə bilər.

Amma 5G məsələsi artıq Vaşinqtonla Pekin arasında qarşıdurma yaradıb. ABŞ müttəfiqlərindən və böyük iqtisadiyyatlardan tələb edir ki, 5G-nin tətbiqində Çinə məxsus Huawei şirkətinin məhsullarından istifadə etməsinlər, təhlükəsizlik risklərini əsas gətirir.

5G texnologiyasında dominantlıq isə məhz Çin şirkətlərinə məxsusdur.

Huawei artıq 1529 5G patenti qeydiyyatdan keçirib.

ZTE və Oppo, üstəgəl Çin Telekommunikasiyalar Texnologiyası Akademiyası ilə birlikdə Çin şirkətlərinə 3 min 400 patent məxsusdur – dünyada mövcud patentlərin üçdə birindən də çoxu.

Cənubi Koreya 2051 patentlə ikinci yerdədir.

XS
SM
MD
LG