Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Rusiyalıların çoxu Krımın ilhaqını dəstəkləyir, amma…


Krım
Krım

Yeni rəy sorğusu rusiyalıların əksəriyyətinin Kremlin Ukraynanın Krım yarımadasını ilhaq etməsini hələ də dəstəklədiyini üzə çıxarıb. Amma Ukraynanın şərqindəki Donetsk və Luqansk regionları ilə bağlı da oxşar addım atılmasına daha az adam tərəfdardır.

Moskvanın Levada Mərkəzi ilə Çikaqo Qlobal Məsələlər Şurasının birgə keçirdiyi sorğunun nəticələri aprelin 3-də açıqlanıb. Rusiyalıların əksəriyyəti həm də hesab edir ki, Moskvanın beynəlxalq siyasəti ölkə iqtisadiyyatını, yaşayış standartlarını pisləşdirib.

Krım 2014-cü ildə ilhaq olunandan rusiyalılar Prezident Vladimir Putinin bu qərarını əsasən dəstəkləyiblər. Dəstəyin artmasında dövlət televiziyasının apardığı təbliğatın da rolu az olmayıb. Amma ölkə iqtisadiyyatı büdrədikcə dəstək də azalıb.

İnfoqrafika
İnfoqrafika


62 FAİZ

2015-ci ilin martından, ilhaqdan bir il sonra rusiyalıların 70 faizi ilhaqı ölkə üçün müsbət bir şey sayırdı. Həmin ilin avqustunda, dünyada neft ucuzlaşdıca, Qərbin sanksiyalarının təsiri hiss olunduqca bu göstərici 59 faizə düşdü. 2018-ci ilin martında yenə qalxdı və bu ilin fevralında 62 faizə düşüb. Bunu sorğu üzə çıxarıb.

Respondentlərdən onu da soruşublar ki, Donetsk və Luqansk regionlarının da oxşar ilhaqını dəstəkləyirlərmi. Ukraynanın şərqində yerləşən bu regionlarda 2014-cü ilin aprelindən Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında münaqişə gedir. 13 mindən çox adam ölüb, 1 milyondan çox adam evindən didərgin düşüb.

Böyük əksəriyyət deyib ki, separatçıların əlindəki ərazilər Ukraynanın tərkibində olmamalıdır: 29 faiz ilhaq tərəfdarıdır, 46 faiz düşünür ki, onlar müstəqil dövlət olmalıdırlar. Yalnız 13 faiz bu regionları Ukraynanın tərkibində görür.

Son illər Rusiyanın Qərblə münasibətləri pisləşib. Respondentlərin 58 faizi Kremlin xarici siyasətinin iqtisadiyyatın durumunu, 64 faizi isə həyat standartlarını pisləşdirdiyini düşünür.

Böyük çoxluq bu siyasətin Rusiya silahlı qüvvələrinin və beynəlxalq nüfuzunu gücləndirdiyini düşünür. 44 faizin fikrincə, Rusiyanın beynəlxalq imici yaxşılaşıb.

XS
SM
MD
LG