Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:40

Məsciddə qırğınla bağlı 50 qətl ittihamı


Brenton Tarrant məhkəmədə

Martın 15-də Kraystçerç şəhərində iki məsciddə terror hücumları ilə əlaqədar 28 yaşlı avstraliyalıya 50 qətl və 30 qətlə cəhd ittihamı irəli sürülüb. Bunu Yeni Zelandiya polisi aprelin 4-də bildirib.

Məscidlərə hücumda 50 nəfər öldürülüb, 48 nəfər xəsarət alıb.

Ağdərili irqçi olduğunu deyən Brenton Tarranta daha öncə ilkin saxlama məqsədilə bir qətl ittihamı irəli sürülmüşdü. Amma indi polis bildirir ki, ittihamlarda bütün ölümlər və xəsarət halları əks olunacaq.

Şübhəli aprelin 5-də məhkəmə qarşısına çıxarılacaq. O, Kraystçerç Ali Məhkəməsinə Oklenddən audio-vizual əlaqə ilə qoşulacaq.

Məhkəmə mediaya təqsirləndirilənin foto-video çəkilişini qadağan edib. Çünki o, dövlətin təyin etdiyi vəkili rədd edib, özünü təmsil edəcəyi, məhkəmədən təbliğat platforması kimi istifadəyə cəhd edəcəyindən narahatlıq yaranıb.

XS
SM
MD
LG