Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:26

Nissan-ın keçmiş rəhbəri yenə həbs olunub


Carlos Ghosn

Yaponiyada prokurorlar Nissan şirkətinin keçmiş rəhbəri Carlos Ghosn-u dördüncü dəfə həbs ediblər. O bu dəfə şirkətdən özünə 5 milyon dollar pul köçürməkdə şübhəli bilinir.

Renault-Nissan-Mitsubishi Motors alyansının keçmiş rəhbəri ilk dəfə noyabrda saxlanmışdı, maaşının 82 milyon dolları haqda məlumat vermədiyi iddia olunurdu. O zaman ona maliyyə hesabatlarının saxtalaşdırılması, inamı sarsıtmaq ittihamı irəli sürülmüşdü.

Yaponiyanın Kyodo agentliyinin yazmasına görə, pul Omanda bir diler vasitəsilə Ghosn-un sahibi olduğu şirkətin hesabına köçürülüb.

Prokurorlar aprelin 4-də bildiriblər ki, Ghosn iyuladək 2 il yarım bir müddət ərzində varlanmaq məqsədilə Nissan Motor Co Ltd-yə 5 milyon dollar ziyan vurub.

“Mənim bu səhər həbs olunmağım biabırçılıq və özbaşınalıqdır. Mənə qarşı irəli sürülmüş əsassız ittihamlarla bağlı günahsızam”, – Ghosn ABŞ-da mənzillənən sözçüsü vasitəsilə yaydığı bəyanatda bildirir.

Həbsindən bir gün öncə Ghosn Twitter-də yazıb ki, aprelin 11-də özünə qarşı iddialarla bağlı “həqiqəti demək” üçün mətbuat konfransı keçirəcək.

O, ittihamları qətiyyətlə rədd edir. Ghosn martın 6-da 9 milyon dollar əvəzində zaminə buraxılıb. Onun uzun müddət həbsdə saxlanmasını beynəlxalq və yerli insan haqları qrupları tənqid edirdilər.

XS
SM
MD
LG