Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Son 8 ilin ərəb üsyanları


Tunisdə hökumətə etiraz, yanvar, 2018-ci il
Tunisdə hökumətə etiraz, yanvar, 2018-ci il

Səkkiz ildir ərəb dünyası çalxalanır. Müharibə Suriyanı əldən salıb, Əlcəzairdə indiyədək görünməmiş kütləvi etirazlar baş verib. “Frans Pres” agentliyi yalnız Tunisdə demokratikləşmə prosesinin getdiyini, digər ölkələrin müharibə, xaos, repressiya içində qaldığını vurğulayır.

Ərəb baharı necə başladı

2010-cu ilin dekabrında Tunisdə küçə alverçisinin özünü polisə etiraz olaraq yandırması yoxsulluq və işsizliyə etirazları alovlandırdı. Heç bir ay keçmədi ki, prezident Zine El Abidine Ben Ali ölkədən qaçmalı oldu.

Tunisdə dinc yolla keçidi beynəlxalq ictimaiyyət alqışladı.

Hosni Mubarak (solda) və Zine El Abidine Ben Ali
Hosni Mubarak (solda) və Zine El Abidine Ben Ali

2014-cü ildə bu ölkədə prezidentin səlahiyyətini məhdudlaşdıran yeni konstitusiya qəbul olunub. Parlament seçkisini antiislamçı Nidaa Tounespartiyası udur, ondan sonra mötədil islamçı Ennahda partiyası gəlir.

Həmin ilin dekabrında Beji Caid Essebsi ölkənin demokratik yolla seçilmiş ilk dövlət başçısına çevrilir.

2015-ci ildə İslam Dövləti silahlı qruplaşması bu ölkədə üç böyük hücum törədib, ondan sonra təhlükəsizlik durumu xeyli yaxşılaşıb. 2019-cu ilin sonuna parlament və prezident seçkiləri planlaşdırılır.

Misir repressiyası

2011-ci ildə 18 günlük iğtişaşlar 850 nəfərin ölümünə səbəb olandan sonra, fevralın 11-də Hosni Mubarak 30 illik hakimiyyətdən getdi, səlahiyyət orduya keçdi.

Abdel Fattah al-Sisi prezident seçkisində səs verir, 2018-ci il
Abdel Fattah al-Sisi prezident seçkisində səs verir, 2018-ci il

2012-ci ilin iyununda islamçı Mohamed Morsi ölkənin ilk mülki, azad yolla seçilmiş prezidenti oldu.

Ancaq sonrakı bir ildə böhran, siyasi narazılıq artdı, Morsi Abdel Fattah al-Sisi-nin rəhbərlik etdiyi silahlı qüvvələr tərəfindən devrildi.

Yeni rejim Morsi tərəfdarlarına qanlı divan tutdu. Amnesty International yeddi ay ərzində əksəriyyəti islamçılar olmaqla 1400 nəfərin öldürüldüyünü deyir.

İnsan haqları qrupları 2014 və 2018-ci illərdə prezident seçilmiş Sisi-ni ölkəni ultra-repressiv rejimlə idarə etməkdə suçlayır.

2012-ci ilin fevralında isə Yəməndə 30 ilədək hakimiyyətdə olmuş Ali Abdullah Saleh devrilir, hakimiyyətə köməkçisi Abedrabbo Mansour Hadi gəlir.

2014-cü ildə husi şiə yaraqlılar paytaxt Sanaa daxil ölkənin böyük hissəsini tuturlar. Bir il sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası husilərin irəliləməsini önləyir.

İndiyədək bu münaqişədə 10 min nəfər həlak olub, 10 milyon nəfər aclıq həddindədir.

Ağ evin qarşısında Yəmənin bombalanmasına etiraz aksiyası, 2017-ci il
Ağ evin qarşısında Yəmənin bombalanmasına etiraz aksiyası, 2017-ci il

Bəhreyn, Liviya, Suriya...

Bəhreyndə narazılıqlar hələ də qalır. Ölkəni qonşu Səudiyyə Ərəbistanının dəstəklədiyi sünni sülalə idarə edir. 2011-ci ildən bəri siyasi islahatlara çağıran şiə etirazçılara divan tutulur. Etirazçıların sayı artsa da, yüzlərlə nümayişçi həbsə atılıb, vətəndaşlığı alınıb.

2011-ci ildə Liviyada Moamer Kadhafi rejimi də devrildi, özü bir döyüşdə ələ keçirilərək öldürüldü. Di gəl, bu ölkədə xaos qalmaqdadır, faktiki iki hakimiyyət var. Tripolidə mənzillənən hakimiyyətin başında beynəlxalq aləmin dəstəklədiyi Fayez al-Sarraj dayanır. Ölkənin şərqindəki paralel administrasiyanı isə hərbi komandir Khalifa Haftar idarə edir.

Khalifa Haftar (solda) və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Moskvada görüşür, 2017-ci il
Khalifa Haftar (solda) və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Moskvada görüşür, 2017-ci il

Suriyada müharibə 9-cu ilə keçib, 370 mindən çox adam öldürülüb, 12 milyon nəfər didərgin düşüb.

Prezident Bashar al-Assad rejimi Rusiya və İranın dəstəyilə Al Nusra Cəbhəsi, İŞİD silahlı qruplaşmalarının, üsyançıların ələ keçirdiyi əraziləri geri alır.

Əlcəzairdə isə bu il fevralın 22-dən indiyədək görünməmiş etirazlar baş qaldırdı. Hər şey ondan başladı ki, 1999-cu ildən hakimiyyətdə olan xəstəhal Abdelaziz Bouteflika beşinci müddətə namizədliyini verəcəyini dedi.

Bouteflika martın 11-də prezidentlik yarışından çəkildi, amma aprelin 18-nə planlaşdırılan seçkini də təxirə saldı.

Etirazlar səngimədi, Bouteflika aprelin 2-də istefaya getdiyini açıqladı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG