Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:49

'Banklar haqqında' Qanuna dəyişiklik gözlənir


Milli Məclis
Milli Məclis

Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında «Banklar haqqında» Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıla bilər.

«Report» xəbər verir ki, qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Xəbərə görə, yeni əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqlarının və göstərilən bank xidmətlərindən ötrü digər ödənişlərin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı müəyyən edəcək.

Sizcə, bankların işində nə dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Ekspertdən layihəyə irad

«Bazar iqtisadiyyatı şəraitində və tələb-təklif prinsipinin bazarı tənzimlədiyi halda belə, istehlakçının hüququ qorunur. Buna görə də faizlərin yuxarı həddinin məhdudlaşdırılması ilə bağlı qaydalar tətbiq olunur və bu bütün dünyada qəbul edilmiş haldır».

Bank-maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov bunu «Banklar haqqında» Qanununa gözlənən dəyişikliklə bağlı deyib.

Ekspert bu məsəldə dünya təcrübəsinə də istinad edib: «Burada belə incə nöqtə var: Ölkələr var qanunla, ölkələr də var bunu məhkəmələr vasitəsilə həll edir. İtaliyada bu məhkəmələr vasitəsilə həll edilir».

Ə.Həsənov deyir ki, məhdudlaşdırmalar heç bir halda biznes və sahibkarlıq sahəsinə aid edilə bilməz. Onun vurğulamasına görə, bu sahədə münasibətləri bazar qanunları və tələb-təklif prinsipi müəyyən edir.

Amma Ə.Həsənov banklarda kreditin yuxarı faiz həddini müəyyənləşdirməyin Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmasını doğru saymır: «Belə ki, banklar Palataya ödənişlər edirlər, odur ki, bu qurumun banklarla münasibəti var. Ona görə də hesab edirəm ki, bu tənzimlənmə Nazirlər Kabinetinə tapşırılsaydı, daha effektli olardı».

Xatırlatma

Son vaxtlar Azərbaycanda bank faizləri ilə bağlı tez-tez şikayətlər eşidilir. Ekspertlər deyir ki, ölkədə rəsmi açıqlamaya görə, inflyasiya 2-3 faiz civarındadırsa, bankların 20-25 faizlə kredit təklif etməsi heç bir sağlam məntiqə sığmır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG