Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Bruney zinaya görə daşqalaq qanunu qəbul edir


Sultan Hassanal Bolkiah (solda), böyük oğlu, Şahzadə Al-Muhtadee Billah (ortada) və kraliça Hajjah Maniam, arxiv fotosu
Sultan Hassanal Bolkiah (solda), böyük oğlu, Şahzadə Al-Muhtadee Billah (ortada) və kraliça Hajjah Maniam, arxiv fotosu

Bruney zinaya, eynicinsli seksə görə daşqalaqla öldürməni qüvvəyə mindirib. Dünyanın bir sıra hökumətləri, tanınmışlar, insan haqları qrupları bu sərt islam qanunlarının tətbiqini sərt tənqid edirdi.

Bu qanunlar sayəsində Bruney Şərqi və Cənubşərqi Asiyada şəriət cəza qanununu tətbiq edənilk müsəlman ölkəsi olacaq. Səudiyyə Ərəbistanı kimi Yaxın Şərq ölkələrində sözügedən cəzalar qüvvədədir.

Qanunlar aprelin 3-dən tam qüvvəyə minir.

Neftlə zəngin Bruneyi vaxtilə dünyanın ən zəngin adamı sayılan Sultan Hassanal Bolkiah idarə edir.

“Bu ölkədə islam təliminin güclənməsini görmək istəyirəm”, – Bolkiah ictimaiyyətə müraciətində deyib.

OTELLƏRİ BOYKOT ÇAĞIRIŞI

BMT bu qərarı “qəddar və qeyri-insani” adlandırıb. Hollivud ulduzu George Clooney və müğənni Elton John Bruneyin sahibi olduğu otelləri boykot etməyə çağırıb.

Bruney sultanlığı
Bruney sultanlığı

Kaliforniya rəsmiləri və LGBTQ liderləri də dünən – aprelin 2-də Los Anceles ərazisində Bruneyə məxsus otellərin boykotuna səsləyib. Bu otellər sırasında Beverly Hills Hotel və Hotel Bel-Air var.

Los Anceles rəhbəri Ron Galperin bəyanatında şəhər sakinlərini Bruney kral ailəsinə məxsus otelləri boykot etməyə çağırıb.

“Bu otellərə LGBTQ icmasını öldürməyə hazır rejim nəzarət etdikcə, onlara ayaq basmayacağam”, – o deyib.

Bruney ilk dəfə bu cəzanın tətbiq olunacağı 2013-cü ildə açıqlamışdı, amma insan haqları qruplarının etirazı ucbatından yubandı

Həmin il tanınmışlar Beverly Hills Hotel-i boykot edəndə yerli media otelin bundan milyonlarla dollar itirdiyini yazırdı.

Əsasən müsəlman ölkəsi sayılan Bruney həftəsonu bəyanatında bildirib ki, “hüququn aliliyini təmin edir”, şəriətin “məqsədi bütün fərdləri maarifləndirmək, sayqıyla yanaşmaq və qanuni hüquqlarını qorumaqdır”.

Ancaq hələlik, daşqalaqla öldürmənin gerçəkdən həyata keçiriləcəyi bəlli deyil, çünki bu cəzanın verilməsi üçün möhkəm dəlil lazımdır. Üstəlik, Bruneydə on illərdir heç kəs edam olunmayıb.

Qanunlarda aborta görə ictimai şəkildə şallaq cəzası, oğurluğa görə amputasiya nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG