İran mediası veteran kino və teatr aktyoru Jamshid Mashayekhi-nin 84 yaşında dünyasını dəyişdiyini xəbər verir.
Yarırəsmi ISNA xəbər agentliyi aprelin 2-də bildirib ki, Mashayekhi uzun sürən xəstəlikdən sonra Tehranda xəstəxanada dünyasını dəyişib. O, son illər bir neçə dəfə xəstəxanada yatıb.
1950-ci illərin sonunda aktyor olmaq üçün hərbi akademiyadan çıxan Mashayekhi 100-dək film və 70-dək teleserialda çəkilib.
O, filmə ilk dəfə 1965-ci ildə Ebrahim Golestan-ın “Kərpic və Güzgü” əsərinə çəkilib.
Mashayekhi-nin həyat yoldaşı, bir qızı və iki oğlu həyatdadır.