Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:08

Borca görə məhdudiyyət qoyulanların işi asanlaşacaq


Hava limanı

«Artıq ölkədən çıxışınıza qoyulan məhdudiyyətləri Elektron Ədliyyə Köşkləri vasitəsilə öyrənib yerindəcə ödəyə biləcəksiniz».

Bunu «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) bildiriblər.

Qurumdan həmçinin vurğulanıb ki, bu köşklərdən yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışından ötrü razılıq ərizələrini də əldə etmək mümkün olacaq.

Son illər Azərbaycanda borca görə vətəndaşların xaricə çıxışına məhdudiyyət qoyulmasına aid şikayətlər tez-tez eşidilir.

Daxili İşlər Nazirliyinin saytı hər gün borca görə saxlanan şəxslərlə bağlı statistika yayır. Nazirliyin «kriminal xronika» bölməsində yer alan məlumata görə, dünən - aprelin 1-də borca görə 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmin bölmədə yer alan statistikaya görə, bəzi günlər (2019-cu il martın 29-da) hətta belə saxlanan şəxslərin sayı 50-dən də çox olub.

Multimedia

XS
SM
MD
LG