Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:51

Pakistan Kəşmirdə üç əsgərinin öldürüldüyünü bildirir


Hindistanda etiraz aksiyası

Pakistan rəsmiləri mübahisəli Kəşmir regionundakı hərbçilərinin Hindistan ordusu tərəfindən atəşə tutulduğunu, üç əsgərinin öldürüldüyünü bildirir.

Pakistan ordusu aprelin 2-də yaydığı bəyanatında bir neçə əsgərin yaralandığını vurğulayır.

Bəyanatda Pakistan ordusunun Hindistan tərəfin açdığı atəşə cavab verdiyi qeyd olunur.

Hindistan rəsmiləri isə hələlik, bu məlumata şərh verməyib.

Bir neçə həftə öncə bu iki nüvə silahlı rəqib ölkə arasında gərginlik dərinləşib. Buna fevralda Kəşmirdə intiharçının 40 hindistanlı əsgəri öldürməsi səbəb olmuşdu.

Bundan sonra Hindistan Pakistana raket zərbəsi endirdi, intiharçı hücumuna görə məsuliyyət daşıyan yaraqlıları hədəfə aldığını bildirdi. Pakistan isə Hindistanın iki qırıcı təyyarəsini vurdu.

Pakistanla Hindistanın hər ikisi Kəşmiri öz ərazisi sayır, müəyyən hissələrinə nəzarət edir.

XS
SM
MD
LG