Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 10:21

ABŞ İrana əlavə sanksiyaları nəzərdən keçirir


İranda etiraz aksiyası, arxiv fotosu
İranda etiraz aksiyası, arxiv fotosu

Vaşinqton İrana qarşı əlavə sanksiyaları nəzərdən keçirir, ABŞ administrasiyasının aparıcı rəsmisi belə deyib.

Birləşmiş Ştatlar yeni sanksiyaları İranla nüvə sazişindən çıxmasının birinci ildönümündə həyata keçirməyi hədəfləyir. Anonimlik şərtilə danışan rəsmi aprelin 1-də deyib.

Prezident Donald Trump ötən ilin mayında 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Bu sanksiyalar İranın enerji, gəmiqayırma, gəmiçilik, maliyyə sektorlarına aiddir.

“Təzyiqin qalmasını istəyirik. İstəyirik ki, şirkətlər İranla hazırda iş görməyin dəhşətli ideya olması fikrində qalsınlar”, – rəsmi deyib.

Prezident Hassan Rouhani daşqın bölgəsində
Prezident Hassan Rouhani daşqın bölgəsində

“İQTİSADİ TERROR”

2015-ci ildə Birləşmiş Ştatlar, Fransa, Britaniya, Almaniya, Rusiya, Çin və İranın imzaladığı nüvə faktı İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Rəsmi bildirib ki, Vaşinqton bir neçə həftəyə əlavə tədbirlərin görüləcəyinə ümid edir.

Trump administrasiyası Tehranın “ziyanlı” hesab etdiyi fəaliyyətinə qarşı fəaliyyəti gücləndirib. Bu fəaliyyət çərçivəsində İranın Yaxın Şərqdə ekstremist zorakılığa dəstəyi, ballistik və nüvə silahları sınaqları, Suriya Prezidenti Bashar al-Assad-a dəstəyi sıralanır.

İran isə aprelin 1-də bildirib ki, ABŞ sanksiyaları yardım işçilərinin daşqın bölgələrinə vertolyot göndərməsini əngəlləyir, çünki ölkənin vertolyotları yaxşı vəziyyətdə deyil.

İran cənub regionlarında fövqəladə vəziyyət elan edib, burada leysan yağışların səbəb olduğu daşqınlarda 45-dən çox adam həlak olub.

Xarici işlər naziri Mohammad Javad Zarif tvitində yazıb ki, ABŞ sanksiyaları “#İranQırmızıXaçının daşqınlardan ziyan görmüş icmalara yardım göstərməsini əngəlləyir”.

“Qadağan olunmuş avadanlığa yardım vertolyotları daxildir: Bu sadəcə iqtisadi müharibə deyil; bu, iqtisadi TERRORDUR”, – Zarif yazıb.

XS
SM
MD
LG