Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:40

Bu ölkədə də seçki keçirilib, amma nəticələri açıqlanmır


Türkmənistanda seçki, arxiv fotosu

Türkmənistanın Mərkəzi Seçki Komissiyası martın 31-də ölkədə parlament və yerli şuralara seçki keçirildiyini təsdiqləyir. Seçici fəallığının 90 faizdən çox olduğu bildirilir. “Currenttime.tv” bunun Türkmənistan üçün aşağı göstərici olduğunu qeyd edir. Belə ki, 2017-ci ildə Gurbanguly Berdymuhammedov prezident seçiləndə seçici fəallığı 97 faiz olmuşdu.

Seçkinin nəticələri hələlik, açıqlanmayıb, yaxın vaxt ərzində açıqlanacağı bildirilir.

Seçkini yalnız yerli müşahidəçilər müşahidə edib. MSK səsvermənin beynəlxalq normalara uyğun keçdiyini qeyd edir.

Vilayətlərdə və paytaxt Aşqabadda seçki məntəqələrində kameralar quraşdırılıb. MSK-nın saytında onlayn rejimdə səsvermənin necə keçdiyini görmək olardı.

XS
SM
MD
LG