Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:37

Maduro elektriklə bağlı tədbirlər açıqlayır


Venesuelada işıqsız küçə

Venesuela Prezidenti Nicolas Maduro deyir ki, hökumət ölkədə elektrik kəsintilərindən dolayı təchizatı məhdudlaşdırmaq məqsədilə iş gününü qısaldacaq, məktəbləri bağlayacaq.

Maduro martın 31-də televiziyayla çıxışında bildirib ki, 30 günlük plan elektrik problemini yoluna qoymağa kömək edəcək. Bir müddətdir bu ölkədə elektrik kəsintisi su təchizatında, kommunikasiyada problemlər yaradıb.

Hakimiyyətini saxlamağa çalışan sosialist prezident böhran zamanı mümkün iğtişaşlarla bağlı da xəbərdarlıq edib.

Bu arada müxalifət lideri, özünü aralıq dövr prezidenti elan etmiş Juan Guaido hökumətin əsas xidmətləri təmin edə bilməməsinə etiraz aksiyalarına çağırmışdı.

Guaido işıqların sönməsinə görə hökumətin illərdir davam edən səriştəsizliyini, infrastruktura baxımsızlığını suçlayır.

Maduro isə heç bir dəlil ortaya qoymadan iddia edir ki, elektrik problemlərinə ABŞ və siyasi opponentlərinin sabotajı səbəb olub.

Birləşmiş Ştatlar və 50-dən artıq ölkə Guaido-nu aralıq dövr prezidenti kimi tanıyıb.

Rusiya və Çin isə Maduro-nu dəstəkləyir, ona hərbi, maliyyə yardımı göstərir.

XS
SM
MD
LG