Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:34

171 vəkilliyə namizəd lazımı bal toplayıb


Bakı səbail məhkəməsinin binası

Martın 30-da Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə vəkilliyə qəbul üzrə test imtahanı keçirib.

Bu barədə DİM-in yaydığı məlumatda bildirilir

Məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Proses bitirdikdən dərhal sonra namizədlərə nəticələr haqqında arayış təqdim olunduğu qeyd edilir.

İmtahanda iştirak etməkdən ötrü238 namizəd qeydiyyatdan keçib, 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Azərbaycanda vəkilliyə qəbul iki mərhələdə aparılır. Növbəti mərhələdə lazımı balı toplayan namizədlər şifahi imtahandan keçiriləcəklər.

Xatırlatma

Azərbaycanda son illər vəkilliyə qəbul dayanmışdı. Bu proses yenidən ötən il bərpa edildi. Amma onda ekspertlər hesab edirdilər ki, şifahi imtahanlar subyektivliyə yol açır. Ötən il səslənən bəzi şikayətlərə görə, bir sıra namizədlərə özlərinin və yaxınlarının müstəqil mövqeylərinə görə, Vəkillər Kollegiyası maneələr yaradır.Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə demişdi ki, vəkilliyə qəbul zamanı heç bir ayrı-seçkiliyə yol verilmir.

Ötən il Vəkillər Kollegiyasının təqribən 1500 üzvü olduğu açıqlanmışdı. Beynəlxalq təşkilatların rəyinə görə, əhalinin ümumi sayı nəzərə alınmaqla vəkillərin sayına görə, Azərbaycan Avropa məkanında son yerlərdən birini tutur.

XS
SM
MD
LG