Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:52

Azərbaycan idmançısının olimpiya medalı əlindən alındı


V.Xristov

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edildiyi bildirilir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) qeyd ediblər ki, BOK bu barədə qərarı bu günlərdə verib. «Amma bu barədə məktub hələ Federasiyaya gəlib çatmayıb. Məktub çatandan sonra ətraflı açıqlama verəcəyik», - deyə qurumdan bildiriblər.

Yayılan məlumata görə, dopinq-testlərin təkrar analizləri nəticəsində V.Xristovun qanında qadağan edilmiş maddə aşkar edilib.

Federasiyadan deyilib ki, BOK-un müəyyən etdiyi qaydaya əsasən, V.Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb.

V.Xristov idmanda əvvəlki illər bir sıra uğurlar əldə edib. 2015-ci ildə orqanizmində qadağan edilən maddə aşkarlandığı bildirilərək, o, 8 il bütün yarışlardan kənarlaşdırılıb. O əslən Bolqarıstandandır.

Amma yayılan bu məlumata, hələlik, onun münasibətini almaq mümkün olmayıb.

Azərbaycan parlamenti də 3 il əvvəl dopinqlə mübarizə qanunu qəbul edib. Bundan sonra Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılıb.

Multimedia

XS
SM
MD
LG