Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:20

Məsciddə qırğın törədəni bağışladığını deyir


Jacinda Ardern anım mərasimində
Jacinda Ardern anım mərasimində

Yeni Zelandiyada məscidlərə hücumdan salamat çıxan şəxs öz həyat yoldaşını və daha 49 nəfəri öldürmüş terrorçunu bağışladığını deyir. Farid Ahmed bu gün 20 min nəfər qarşısında çıxışında belə deyib.

Kraystçerç şəhərindəki məscidlərdə iki həftə öncə qətlə yetirilmişlərin anım mərasimi keçirilib.

“Vulkan kimi qaynayan bir ürək sahibi olmaq istəmirəm. Vulkan qəzəbli, hiddətli, kinli olur. Dinc yaşamır. Nifrəti var. Özünü içəridən və ətrafındakıları yandırır. Belə bir ürək sahibi olmaq istəmirəm”, – Ahmed deyib.

O, silahlının hərəkətləri ilə razılaşmadığını dilə gətirsə də, deyib ki, inancı ona hətta terrorçunun da qardaşı olduğunu öyrədir.

Brenton Tarrant məhkəmədə
Brenton Tarrant məhkəmədə

Ahmedin həyat yoldaşı Husna Ahmed-in adı anım mərasimində çəkilən 50 nəfərin içində olub.

CƏSARƏT HEKAYƏLƏRİ

Martın 15-də törədilmiş qırğından bəri artıq ikinci cümədir hücum qurbanları anılır. 28 yaşlı avstraliyalı Brenton Harrison Tarranta bu hücumlarla əlaqəli qətl ittihamı irəli sürülüb.

Anım mərasiminə Avstraliyanın Baş naziri Scott Morrison və digər əcnəbi qonaqlar da qatılıb.

Polis tədbirin keçirildiyi Hagley parkında təhlükəsizlik tədbirlərini gücləndirib.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, ölkəsi hücumlara məruz qalanların hekayətlərini öyrənib:

“Bunlar cəsarət hekayətləridir. Burada anadan olmuş, böyümüş, Yeni Zelandiyanı öz vətəninə çevirmiş şəxslərin hekayətləridir. Sığınacaq axtaran, özləri və ailələri üçün daha yaxşı həyat axtaranların hekayətidir. Bu hekayətlər kollektiv xatirələrimizi təşkil edir. Onlar həmişəlik bizimlə qalacaqlar. Onlar bizik”, – o deyib.

Tədbirə britaniyalı müğənni Yusuf Islam da qatılıb. O, həm də Cat Stevens adıyla tanınır, 1977-ci ildə islamı qəbul edib.

Anım mərasiminin ən əzablı anı Salma adlı qız səhnəyə çıxarkən yaşanıb. O, məsciddə öldürülmüş dindar Ashraf El-Moursy Ragheb-in qızıdır. Atasını anmaq üçün səhnəyə qalxaraq, “O, doğrudan da yaxşı adam idi”, – söyləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG