Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:25

Prezidenti tənqid edən jurnalist saxlanıb


Maria Ressa

Filippinli jurnalist, Prezident Rodrigo Duterte-nin tənqidçisi Maria Ressa martın 29-da saxlanıb. Mətbuat azadlığı fəalları hökumətin ondan qisas aldığını deyirlər.

Ressa xaricə səfərdən qayıdarkən Manila aeroportunda saxlanıb, daha sonra zaminə buraxılıb.

“Bu ölkədə mətbuat hücum altındadır. Hüququn aliliyindən silah kimi istifadə olunur”, – Ressa buraxılandan sonra jurnalistlərə deyib.

Son aylar Ressa və onun Rappler vebsaytına bir sıra ittihamlar irəli sürülüb, bu da jurnalist və komandasının işinə görə hədəfə alınmasıyla bağlı iddialara yol açıb.

Duterte administrasiyası isə bu ittihamların mətbuat azadlığı ilə bağlı olmadığını deyir.

Son ittihamlara görə o və Rappler-dəki həmkarları mediada xarici sahibkarlıq qaydalarını pozublar.

Ressa ötən ay bir biznesmenin qaldırdığı böhtan iddiası əsasında saxlanmış, daha sonra zaminə buraxılmışdı.

Rappler Duterte-nin narkotik maddələrə qarşı, minlərlə adamın ölümünə səbəb olmuş kampaniyasını geniş işıqlandırır. İnsan haqları qrupları bu kampaniyanı bəşəriyyətə qarşı cinayət sayırlar.

Duterte isə Rappler-i “saxta xəbər orqanı” adlandırır, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə bağlı ola biləcəyini deyir.

XS
SM
MD
LG