Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 11:22

Psixiatrik klinikada yanğından 3 xəstə ölüb


Arxiv fotosu

Bolqarıstanın mərkəzindəki Plovdiv şəhərində psixiatrik xəstəxanada yanğında üç xəstə dünyasını dəyişib.

Xəstəxana administratoru Mariana Gospodinova martın 28-də BNR dövlət radiosuna deyib ki, yanğın xəstəxananın kişilərə aid hissəsində bir otaqdan başlanıb.

“Yanğın gecəyarısı başlanıb, üç xəstə dünyasını dəyişib”, – o deyib və 60 xəstənin xəstəxanadan çıxarıldığını sözlərinə əlavə edib.

Plovdiv prokuroru Rumen Popov-un sözlərinə görə, yanğın elə ölənlərin otağından başlanıb, çox güman buna siqaret səbəb olub. Amma “onun təsadüfən, yoxsa bilərəkdən baş verməsi bəlli deyil”.

50 yaşlarında olan həmin üç nəfər xəstəxanada aqressiv davranışdan müalicə olunurdular, Popov söyləyib.

XS
SM
MD
LG