Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:37

Tokio olimpiadasında boksu saxlamağa 16 milyon dollar


Arxiv fotosu

Rusiyanın boks rəsmisi təklif edir ki, 2020-ci ildə Tokio olimpiadasında boksu yarış növü kimi saxlamaq üçün Beynəlxalq Boks Assosiasiyasına (AIBA) 16 milyon dollar borc verilsin.

AIBA icraiyyə komitəsinin üzvü Umar Kremlev martın 28-də açıqlanmış məktubunda bu haqda yazır. Məktub AIBA-ya qarşı iddiaları araşdıran Beynəlxalq Olimpiya Komitəsi (BOK) rəsmilərinə ünvanlanıb.

Kremlev AIBA prezidentliyinə namizədliyini verməkdə maraqlı olduğunu açıqlayıb. O deyib ki, “sevimli idmanımızın Olimpiya proqramında qalması üçün AIBA-nın borclarını bağlamağa” hazırdır.

O, AIBA-nın borcunu öz şəxsi vəsaiti hesabına bağlamaq istəyir, Rusiya Boks Federasiyasının rəsmisi “Inside the Games” vebsaytına deyib.

AIBA illərdir problemlər içindədir. BOK ona xəbərdarlıq edib ki, maliyyə, idarəçilik, eləcə də antidopinq məsələlərini yoluna qoysun, yoxsa Tokioda bu idman növü üzrə yarışma olmaya bilər. Bu haqda qərarın mayın 22-də veriləcəyi gözlənir.

XS
SM
MD
LG