Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Yakutiyada əcnəbilərin işə götürülməsi yasaqlanır


Yakutskda qanunsuz miqrasiyaya etiraz edirlər
Yakutskda qanunsuz miqrasiyaya etiraz edirlər

Rusiyanın Saxa-Yakutiya regionunun rəhbəri əcnəbilərin bir sıra iqtisadi sektorlarda işə götürülməsini qadağan edən fərman imzalayıb. Bundan bir neçə gün öncə yerli qadını zorlamaqda şübhəli bilinən qırğız miqrant həbs olunmuşdu.

Aisen Nikolaev-in fərmanı region hökumətinin vebsaytında dərc olunub.

Sənəddə deyilir ki, əcnəbilər ticarət, şəhər nəqliyyatı, ərzaq və geyim istehsalı, tikinti, taksi xidmətləri və mühasibatlıq daxil 33 sektorda işə götürülə bilməzlər.

Bəyanatda Nikolaev-ə istinadla vurğulanır ki, fərman federal qanunvericiliyə “tam uyğundur”.

“ƏMƏK BAZARININ XÜSUSİYYƏTLƏRİ”

Sənədə görə, “Saxa-Yakutiya ərazisində əmək bazarının xüsusiyyətləri, işəgötürmə məsələsində Rusiya Federasiya vətəndaşlarına üstünlük verilməsinin vacibliyi” nəzərə alınır.

Aisen Nikolaev
Aisen Nikolaev

Son bir neçə həftə ərzində Moskvadan 4 min 900 kilometr şərqdə yerləşın Yakutsk şəhərində Orta Asiyadan miqrantlara hücumlar artıb.

Gərginlik polisin martın 17-də verdiyi bəyanatdan sonra yüksəlib. Polis bildirmişdi ki, 23 yaşlı qırğızıstanlı 36 yaşlı qadını oğurlayıb zorlamaqda şübhəli bilinərək həbs olunub.

Yakutsk polisinin martın 28-də bildirməsinə görə, ötən gecə dörd nəfəri saxlayıblar. Onlar “Orta Asiyadan miqrant”a məxsus ərzaq mağazasına hücumda ittiham olunurlar.

Martın 27-də sosial mediada yayılan videoda bir neçə nəfərin mağazada tərəzini əzdiyi, dükan sahibinə meyvə-tərəvəz atdığı, onu hədələdiyi və təhqir etdiyi görünürdü.

Polis saxlanan dörd şübhəlinin videosunu yayıb, biri deyir ki, hücum vaxtı içkili olublar.

Türkdilli yakutlar regionun 1 milyon əhalisinin təxminən yarısını təşkil edirlər.

Rusiyanın bir sıra şəhərlərində Orta Asiyadan əmək miqrantları ilə digər sakinlər, etnik ruslar arasında gərginlik yaşanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG