Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 18:35

Facebook ‘ağ millətçiliyi’ yasaqlayır


Facebook-da silinən səhifələrin sayı artır

Dünən – martın 27-də Facebook Inc “ağ millətçilik” və “ağ separatizm”in təriflənməsi, dəstəklənməsi və təqdimatını qadağan edib. Bu ayın əvvəlində məscidlərdə 50 nəfərin qətliamının canlı yayınlandığı Yeni Zelandiya bu addımı alqışlayıb.

Vətəndaş cəmiyyəti qruplarının fikrincə, sosial media nəhəngləri ekstremizmə nəzarət edə bilmirlər.

Martın 15-də şübhəli ağdərili irqçi Kraystçerç şəhərində iki məscidə hücumunu onlayn canlı yayınlayıb.

“DƏRSLƏR YENİDƏN KEÇİLMƏSİN”

Bundan sonra Facebook, Twitter Inc Alphabet Inc-in YouTube platformalarından ağdərili irqçi və neo-nasist kontenti yığışdırmaq tələb olunurdu. Onlardan saxta xəbərlərin, digər alçaldıcı postların da silinməsi istənilirdi.

Jacinda Ardern
Jacinda Ardern

Buna cavab olaraq Facebook kontentə nəzarət işini gücləndirib, ağdərili irqçi qrupların yürüşlərin təbliği və təşkili üçün istifadə etdiyi səhifələri bağlayıb.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, sözügedən kontent Facebook-un nifrət çıxışı qaydalarına uyğun olaraq çoxdan ləğv olunmalıydı.

“Kraystçerçdən öyrəniləsi dərslər var və bir heç kəsin həmin dərsləri yenidən keçməsini istəmirik”, – o deyib.

Facebook qaydaların gələn həftədən qüvvəyə minəcəyini, həm Facebook-un əsas, həm də Instagram əlavəsinə aid olacağını bildirib.

Bu sosial şəbəkənin qaydaları “nifrət” çıxışını qadağan edir, ancaq indiyədək ağ millətçilik və separatçı kontent irqçi hesab olunmayıb.

Mülki hüquqlar üzrə qruplar bu iki ideologiya arasında fərq olmadığını deyirlər.

Facebook isə bəyanatında bildirib ki, ilkin olaraq millətçilik və separatçılığı daha geniş kontekstdə pozmaqdan ehtiyatlanıb, çünki bunlar "adamların mənsubiyyətinin vacib hissəsidir".

Sosial şəbəkə son üç ayda vətəndaş cəmiyyəti üzvləri və ekspertlərlə müzakirələr zamanı ağ millətçilik və separatçılığın ağdərili irqçilik və mütəşəkkil nifrət qruplarından mahiyyətcə ayrılmadığı qənaətinə gəldiyini qeyd edir.

ABŞ Nümayəndələr Palatasının daxili təhlükəsizlik komitəsinin sədri Bennie Thompson yeni yanaşmanı alqışlayıb, amma Facebook-u bu dəyişikliyi daha tez etmədiyinə görə tənqid edib.

XS
SM
MD
LG