Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 00:09

Xabarovskun keçmiş qubernatoru saxlanıb


Viktor Ishayev (ortada)

Rusiyanın Xabarovsk diyarının keçmiş qubernatoru mənimsəmə ittihamıyla saxlanıb.

Dövlətin nəzarətində olan xəbər agentliklərinin məlumatına görə, 70 yaşlı Viktor Ishayev martın 28-də Moskvada keçmiş müavinlərindən birilə birlikdə saxlanıb. Həbslər ağac material sənayesində mənimsəmə və maliyyə fırıldağı üzrə istintaq çərçivəsində aparılıb.

Xabarovsk diyarı qubernatorunun sözçüsü Nadezhda Tomchenko jurnalistlərə deyib ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları regional administrasiyanın ofisində axtarış aparıb.

Hakim Vahid Rusiya Partiyasının üzvü olan Ishayev 1991-2009-cu illərdə Xabarovsk diyarının qubernatoru olub.

2009-cu ilin aprelində Uzaq Şərq Federal Ərazisi üzrə prezident təmsilçisi təyin olunub, 2012-2013-cü illərdə Rusiyanın Uzaq Şərq üzrə İnkişaf naziri vəzifəsində çalışıb.

Ishayev 2013-2018-ci illərdə Rosneft dövlət neft şirkətinin vitse-prezidenti olub.

O, 2008-ci ildən Rusiya Elmlər Akademiyasının üzvüdür.

XS
SM
MD
LG