Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:46

Avstraliyalı ömürlük həbsə məhkum edildi


Saeed Noori (sağda) məhkəmədən çıxarılır

Əfqanıstan doğumlu avstraliyalı 2017-ci ilin sonunda Melburnda maşını piyadaların üstünə sürdüyünə, bir yaşlı kişinin ölümünə səbəb olduğuna görə ömürlük həbsə məhkum edilib.

Hökmu martın 28-də Viktoriya əyalətinin Ali Məhkəməsi çıxarıb. 37 yaşlı Saeed Noori şərti cəzayla azadlığa çıxa bilmək üçün 30 il həbsdə yatmalıdır.

O saxlanarkən polis Noori-nin kompüterində xaricdə terror hücumlarının təsvirlərini, həmçinin İslam Dövləti silahlı qruplaşması haqda videolar aşkarlayıb.

2017-ci ildə Milad bayramından dörd gün öncə SUV tipli maşını onlarla adamın üzərinə sürüb, 21 nəfər xəsarət alıb, 83 yaşlı bir kişi isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Hakim deyib ki, daha çox adam ölə, yaralana bilərdi, onun bəxti gətirib.

XS
SM
MD
LG