Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:32

ABŞ Hindistana xəbərdarlıq edir


Hindistan peyki vurur

Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan çıxardığını deyir. Bu açıqlamadan sonra Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, dünya ölkələri fəzada “qarışıqlıq” yaratmasınlar.

Baş nazir Narendra Modi martın 27-də canlı yayında deyib ki, hindistanlı alimlər ölkənin özünün Yerin orbitindəki peyklərindən birini raketlə vurublar.

“Alimlərimiz orbitdə peyki vurublar. Hindistan bu gün görünməmiş uğur əldə edib və adını kosmik ölkə kimi qeydə aldırıb”, – Modi deyib.

Bundan sonra ABŞ-ın Müdafiə naziri Patrick Shanahan xəbərdarlıq edib ki, belə antipeyk silahlarının sınağını nəzərdən keçirən ölkələr fəzada “qarışıqlıq” riski yaradırlar, çünki arxalarında tör-töküntü buraxırlar.

“Mənim mesajım belədir: Hamımız fəzada mövcuduq, qarışıqlıq yaratmayaq. Kosmos bizim iş görə bildiyimiz yerə çevrilməlidir. Fəzada adamlar azad şəkildə işləyə bilməlidirlər”, – Shanahan deyib.

Shanahan əlavə edib ki, Birləşmiş Ştatlar hələ də Hindistanın raket sınağının nəticələrini öyrənməkdədir.

XS
SM
MD
LG