Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:31

Bakıda çiskin, dağlıq ərazilərdə qar gözlənir


Bakı

Martın 28-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bir çox rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG