Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:13

Amerikalıların yarısı Trump-ın Rusiyayla sözləşdiyini düşünür


Donald Trump-ın tərəfdarları Nyu Yorkda Times Meydanında, 24 mart, 2019-cu il
Donald Trump-ın tərəfdarları Nyu Yorkda Times Meydanında, 24 mart, 2019-cu il

Amerikalıların demək olar, yarısı hələ də düşünür ki, Prezident Donald Trump 2016-cı ildə prezident seçkisinə müdaxilə etməsi üçün Rusiyayla işləyib. Bunu Xüsusi prokuror Robert Mueller-in hesabatı açıqlanandan sonra keçirilmiş Reuters/Ipsos sorğusu üzə çıxarıb.

22 aylıq təhqiqatın nəticələrini öyrənən amerikalıların Trump-a daha müsbət yanaşmağa başladığı bəlli olub. Belə ki, hesabat Trump-ın seçki kampaniyasının Rusiyayla sövdələşməsinə sübut da tapmayıb, amma onu tam təmizə də çıxarmayıb.

PARTİYA MƏNSUBİYYƏTİNİN TƏSİRİ

Di gəl, sorğu göstərir ki, Baş prokuror William Barr-ın təhqiqatla bağlı dörd səhifəlik icmalı ictimaiyyətin prezidentlə bağlı fikrini çox da dəyişə bilməyib.

Mueller Trump-ın Rusiyayla iddia olunan əlaqələrini araşdırırdı. Bazar günü Barr-ın açıqladığı icmalda deyilir ki, Mueller tərəflər arasında sövdələşməyə sübut tapmayıb, ancaq prezidentin istintaqı əngəlləməsi məsələsində prezidenti təmizə də çıxarmayıb.

Donald Trump
Donald Trump

Əlbirlik və ədalətin əngəllənməsi ittihamları haqda soruşanda respondentlərin 48 faizi deyib ki, onlar “Trump-ın, yaxud onun kampaniyasından başqa birinin 2016-cı il seçkisinə təsir göstərməsi üçün Rusiyayla işləməsinə inanır”. Bir həftə öncə belə düşünənlərin sayı 6 faiz çox idi.

53 faiz deyib ki, “Trump Rusiyanın onun administrasiyasına təsirinə dair istintaqı dayandırmağa çalışıb”. Bu, bir həftə öncəkindən 2 faiz azdır.

İctimai rəy partiyalara görə də dəyişir, Trump-ın Rusiyayla əlbirliyinə və ədaləti əngəlləməsinə respublikaçılardan çox demokratlar inanır.

Reuters/Ipsos sorğunu Birləşmiş Ştatlarda bazar ertəsi və çərşənbə axşamı keçirib, yəni Mueller-in hesabatı açıqlanandan sonra. 1003 yetkin yaşlının onlayn cavabları toplanıb. Onlardan 948-i deyib ki, icmal barədə azından eşidiblər.

TRUMP-IN REYTİNQİ DƏ ARTIB

Trump-ın reytinqi də azacıq artıb. İndi amerikalıların 43 faizi onun işini bəyəndiyini deyir. Bu, bu il ən yüksək göstərici, ötən həftə keçirilən sorğudakından 4 faiz yüksəkdir.

Robert Mueller
Robert Mueller

Yanvardan bəri Trump-ı dəstəkləyən yetkin yaşlıların sayı 37-43 faiz arasında dəyişir.

Trump Mueller-in hesabatının onu tamamilə təmizə çıxardığını deyib, siyasi düşmənlərinə öz təhqiqatları ilə cavab verəcəyini deyib.

Demokratlar isə Barrı hesabatı tamamilə açıqlamağa çağırırlar. Respondentlərin əksəriyyəti də bu mövqeyi dəstəkləyir.

Barrın icmalı ilə tanış olanların yalnız 9 faizi deyib ki, Trymp-ın Rusiyayla əlaqələrinə dair düşüncəsini dəyişib. 57 faiz isə hesabatın tamını görmək istədiyini deyib.

Bütün yetkin yaşlıların 38 faizi Konqresdə Rusiya istintaqının davam etdirilməsini hədəfləyən demokratları dəstəkləyir.

39 faiz hesab edir ki, Trump “impiç olunmalıdır”, 49 faiz isə belə düşünmür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG