Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:00

Pashinian Əliyevlə ilk görüşlərdə konkret gündəliyin olmamasını istəyir


AzadlıqRadiosunun Erməni xidməti yazır ki, martın 27-də baş nazir Nikol Pashinian martın 29-da Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada keçiriləcək görüşü barədə Ermənistan parlamentinin üzvlərinə məlumat verib.

Deputatların suallarına cavab verən Pashinian deyib ki, onun Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsindəki mövqeyi dəyişməz qalır və erməni tərəfi Vyanaya həmin gündəliklə gedir.

Pashinian əlavə edib ki, o, bu mövqeyi bu yaxınlarda Dağlıq Qarabağda separatçı liderlərlə birgə keçirdiyi iclasda da ifadə edib.

Həmin iclasda Nikol Pashinian demişdi ki, o Dağlıq Qarabağın tərəf kimi sülh prosesinə qoşulmasını istəyir və bu, Bakının israr etdiyi kimi heç də danışıqlar formatının dəyişdirilməsi deyildir.

Buna baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev Nikol Pashinianın bu mövqeyini rədd etmiş və bir daha bildirmişdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparıla bilər.

Azatutyun yazdığına görə, bütün bu fikir ixtilaflarını nəzərə alan Pashinian deyib ki, qarşıdan gələn görüşdən yalnız fikir mübadiləsi gözləyir:

“Mən əvvəllər də Azərbaycan prezidenti ilə müzakirələrimiz zamanı öz mövqeyimi ifadə etmişdim ki, ən azı ilkin mərhələdə bu görüşlərin konkret gündəliyi olmamalıdır. Burada məsələlərin müzakirəsi olmalıdır. Biz sadəcə olaraq müxtəlif məsələlər üzrə öz rəylərimizi mübadilə etməliyik”.

***

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian arasında görüş gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin martın 27-də yaydığı məlumatda bildirilir.

Məlumatda görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacağı vurğulanır.

XİN bildirir ki, bu görüşün martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Belə bir görüşün gözləndiyi ilə bağlı hələ bir neçə gün öncə AzadlıqRadiosunun erməni xidməti Avstriya prezidentinin mətbuat xidmətinə istinadən məlumat yaymışdı.

Bundan öncə isə, ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzərində işlədiklərini demişdilər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG