Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 05:40

'Heç kim yanan malına görə sığorta pulu ala bilmir'-Media icmalı


"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Diqlas" ticarət mərkəzində yanğın

Bakıdakı «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın, islahat gözləntiləri ətrafında müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Sahibkarlar mallarını sığortalamadıqlarını deyirlər

«Yeni Müsavat» qəzetində ««Diqlas» Ticarət Mərkəzindəki yanğında yanan mallar sığortalanıbmı?» sualı gündəmə daşınır.

Müəllif yazıb ki, bu günlər «Diqlas» Ticarət Mərkəzindəki dəhşətli yanğın bir daha belə iri obyektlərin sığortalanması sahəsindəki vəziyyəti diqqət mərkəzinə gətirdi: «Bu hadisə göstərir ki, bir neçə saatın içərisində onlarla sahibkar böyük məbləğdə zərərlə üzləşə bilər. Buna görə də hər bir sahibkarın öz əmlakını vaxtında sığortalaması zəruridir».

Yazıda qeyd edildiyinə görə, Mərkəzdə mağazası olan sahibkarlardan bir neçəsi mallarını sığortalamadıqlarını bildirirlər.

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı da sayta müsahibəsində belə halın mövcudluğunu istisna etməyib: «Böyük ehtimalla, «Diqlas» Ticarət Mərkəzinin binası daşınmaz əmlak kimi sığortalanıb. Yəni belə bir sığorta sənədi Fövqəladə Hallar Nazirliyinə təqdim etmək üçün zəruridir deyə, böyük ehtimalla, cüzi bir məbləği əhatə edən sığorta müqaviləsi imzalanıb. Bunu ölkə qanunvericiliyi də tələb edir, yəni icbaridir».

Ekspert bildirir ki, hətta sahibkarlar istəsələr belə, «Diqlas» kimi ticarət mərkəzlərində olan mağazalardakı malları sığortalamağa sığorta şirkətləri maraq göstərmirlər: «Məsələ burasındadır ki, belə ticarət mərkəzlərində satılan malların dəqiq uçotu aparılmır. Yəni sabah yanğın baş verdikdə bilmək olmur ki, bu mağazada nə qədər mal olub. Gedib çamadanla Türkiyə və Çindən malı daşıyıb gətirib yığırlar mağazaya: nə düz-əməlli qiyməti qeydə alınıb rəsmiləşdirilir, nə normal idxal sənədləri olur. Eyni problem bu gün «Binə» və «Sədərək»də də mövcuddur. Orada bildiyiniz kimi, ildə bir neçə dəfə yanğın olur, amma heç kim yanan malına görə sığorta ala bilmir».

Diqlas» Ticarət Mərkəzində yanğın
Diqlas» Ticarət Mərkəzində yanğın

«Səkkiz dəqiqəyə yanğın yerinə çatsaq da…»

«Azərbaycan» qəzetində dərc edilən «Əkbər Novruzov: Ticarət mərkəzindəki yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib» sərlövhəli yazıda martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Diqlas» Ticarət Mərkəzindəki yanğınla bağlı rəsmi qurumun açıqlaması təqdim edilir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov bildirib ki, cəmi səkkiz dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Amma ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işə mane olub. Qərargah rəisinin deməsinə görə, yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib.

Ə.Novruzov yanğının başlanmasının səbəbi ilə bağlı isə deyib: «İlkin məlumata görə, yanğın gül dükanında qeydə alınıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb».

Qərargah rəisi Ticarət Mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemləri olmadığını bildirib. «Yanğın söndürmək üçün suyu iki kilometr məsafədən gətirirdik. Bu da bizim işimizi çətinləşdirirdi... Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq», - deyə Ə.Novruzov qeyd edib.

Q.Həsənquliyev
Q.Həsənquliyev

«Qurdla quzunun dostluğu»

Moderator.az saytında «Həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu günlər ölkə gündəmini əsas məşğul edən islahatlar mövzusu ətrafında deputat Qüdrət Həsənquliyev ilə söhbətləşib. «Ümid edirəm, gözləntilər özünü doğruldacaq, xalqımızın ümidləri puç olmayacaq və prezident həqiqətən başladığı islahatlarla ölkəmizi qansız-qadasız inkişafın yeni mərhələsinə keçirə biləcək», - deyə deputat vurğulayıb.

Bununla belə, Q.Həsənquliyev hesab edir ki, Azərbaycan timsalında Qərbi Avropa standartlarına cavab verən dövlət qurmaq çox çətindir və bunu beynəlxalq amillə izah edir: «Amma bütün bunlardan qorxmamalıyıq, xalqımızın xoşbəxt gələcəyi yuxarıdan aparılan uğurlu islahatlara bağlıdır. İslahatlardan imtina, yaxud imitasiyası xalqımıza bədbəxtlik gətirəcək».

Q.Həsənquliyev ölkədə islahatlara əsas təhlükə kimi ilk növbədə «qanunsuzluq və özbaşınalıq simvolu» kimi göz önünə gələn kadrları göstərir: «Həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq…. Onlardan xilas olmağın bir yolunu da onlara sərəncam səlahiyyəti olmayan daha yüksək seromonial vəzifələrin verilməsində görürəm. İqtidar onları real hakimiyyətdən uzaqlaşdıra bilməsə, əminliklə deyə bilərəm ki, şəbəkələşmiş, xarici dəstəyi və böyük vəsaitləri olan həmin «qurdlar» iqtidarı yaxın gələcəkdə sonu heç də yaxşı görünməyən siyasətin qurbanına çevirəcək».

Deputat məhkəmə-hüquq sistemində islahatların da vacibliyindən danışıb. O hesab edir ki, hakimlər ömürlük təyin olunmalıdırlar: «…Andlı iclasçılar institutu bərpa və tətbiq olunmalı, hakimlərə onların layiqli həyatını təmin edəcək səviyyədə yüksək əməkhaqqı verilməlidir».

XS
SM
MD
LG