Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:40

Türkiyəli diplomat Ukrayna monitorinq missiyasının başına keçir


ATƏT-in Ukraynadakı missiyası, arxiv fotosu

Birləşmiş Ştatlar Ukraynanın şərqindəki beynəlxalq monitorinq missiyasının başına türkiyəli diplomatın keçdiyini bildirir.

Dövlət Departamentinin martın 27-də yaydığı bəyanata görə, Yasar Halit Cevik ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasını rəhbərlik edəcək.

Ukraynanın Donbas regionunda 2014-cü ildən bəri rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında münaqişə gedir. Münaqişədə 13 minədək adam həlak olub, 1 milyondan çox məcburi köçkün var.

Missiya həmin ərazidə monitorinq aparır.

“Birləşmiş Ştatlar ATƏT-in bütün üzv ölkələrini monitorinq missiyasına dəstəyini vurğulamağa çağırır”, – bəyanatda deyilir.

“Rusiyanı və onun Ukraynada silahlandırdığı, təlim keçdiyi və rəhbərlik etdiyi qüvvələri monitorinq missiyasının Ukraynanın bütün ərazisinə, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tam və məhdudiyyətsiz girişini təmin etməyə çağırırıq”, – departament bildirir.

XS
SM
MD
LG