Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:23

Venesuelada yenə işıqlar kəsilib


Karakasda Simon Bolivar beynəlxalq aeroportu

Venesuelada bu ay artıq ikinci dəfə işıq kəsilib. Hökumət işçilərə və məktəblilərə evdən çıxmamağı tövsiyə edib və paytaxt Karakas demək olar boşalıb.

Prezident Nicolas Maduro hökuməti elektrik problemlərinə görə Birləşmiş Ştatları ittiham edir, bildirir ki, martın 25-də axşamdan başlanan elektrik kəsintisinə şəbəkəyə “hücum” səbəb olub.

İşıqların kəsilməsi səbəbindən şirkətlər bağlanıb, ölkənin əsas neft ixracı terminalının işi iflic olub, nəqliyyatda qarışıqlıq yaradıb.

Hələlik, problemə sabotajın səbəb olmasının əlaməti yoxdur.

Bu arada Karakasla Vaşinqton arasında gərginlik artır, Moskva Venesuelaya Rusiya hərbi təyyarələrinin gəlməsini sərt tənqid edib.

Vaşinqton Moskvanı bu ölkədə siyasi böhranı “ehtiyatsızcasına qızışdırmaqda” suçlayıb.

Adı çəkilməyən ABŞ rəsmisi “Reuters”ə deyib ki, həmin təyyarələrdə “kibertəhlükəsizlik heyəti” olub.

Rusiya Venesuelaya milyardlarla dollar yatırıb, Maduronun müttəfiqi olaraq qalır.

Müxalifət lideri Juan Guaido yanvarda özünü aralıq dövr prezidenti elan edib, Maduronun ötən il saxta yolla prezident seçildiyini deyib.

XS
SM
MD
LG