Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:59

HRW Rusiyanı tənqid edir


Polis Moskvanın mərkəzində məktəblini saxlayır
Polis Moskvanın mərkəzində məktəblini saxlayır

Human Rights Watch (HRW) insan haqları təşkilatı Rusiyanı 18 yaşlı fəala qarşı məhkəmə hökmünü ləğv etməyə çağırıb. Ivan Luzin azyaşlıların icazəsiz etirazlara cəlbində təqsirli bilinib.

HRW bildirir ki, Luzinin mühakimə olunması, ona tətbiq olunan cərimələr sərbəst toplaşma və ifadə azadlığını pozur.

“Rusiya hakimiyyəti dinc aksiyalara təzyiqin yolunu tapıb, gələcək nəslin erkən yaşlarda demokratik vərdişlərə yiyələnməsini əngəlləməyə çalışır”, – qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber deyib.

O, Luzinə qarşı məhkəmə hökmünün “dərhal ləğvinə, bu gülünc maddələrin qaldırılmasına” çağırıb.

Denber deyir ki, Rusiya tərəf olduğu Avropa İnsan Haqları Konvensiyasının, Beynəlxalq Mülki və Siyasi Hüquqlar Konvensiyasının, Uşaqların Hüquqları üzrə Konvensiyanın əhatələdiyi bir çox hüquqlara “az sayqı” göstərir.

“Uşaqların Hüquqları Konvensiyası uşaqların ifadə və birləşmə azadlıqları hüquqlarını qoruyur və Rusiya buna əməl etməlidir”, – o, sözlərinə əlavə edib.

***

Rusiyalı fəal azyaşlıların icazəsiz etirazlara cəlbinə görə cəzalanıb

Rusiyada 18 yaşlı fəal azyaşlıların icazəsiz etirazlarda iştirakını qadağan edən yeni qanun çərçivəsində cəzalanıb.

Kalininqrad şəhər məhkəməsinin martın 25-də çıxardığı qərarda deyilir ki, Ivan Luzin iki 16 yaşlı qızı icazəsiz nümayişə cəlb etməklə qanunu pozub və onu 30 min rubl (465 dollar) cərimələyib.

Prezident Vladimir Putin dekabrda sözügedən qanunu imzalayıb. Onu pozanlar 15 sutkayadək həbsə, 50 min rubladək (775 dollar) cərimə cəzasına məhkum oluna bilərlər.

OPPONENTLƏR NARAHATDIR

Vətəndaş cəmiyyəti fəalları bu qanunun Putin hökumətinin narazıları susdurmaq, küçə etirazlarını məhdudlaşdırmaq cəhdlərinin bir hissəsi sayırlar.

Arxiv fotosu
Arxiv fotosu

Ötən il bir neçə etirazda yeniyetmələrin iştirakı Kremli açıq-aşkar əndişələndirmişdi. Müxalif siyasətçi Aleksei Navalny-nin təşkil etdiyi nümayişlərdə də yeniyetmələri görmək olurdu.

2018-ci ilin fevralında Putin Daxili İşlər Nazirliyini yeniyetmələri icazəsiz etirazlara qatılmağa həvəsləndirən qrupların fəaliyyətinə “qətiyyətlə son qoymağa” çağırıb.

Dövlət mediası isə azyaşlıların iştirakına xüsusi diqqət ayırıb, amma onların dəqiq sayı bilinmir.

Bəzi tənqidçilər uşaqların belə etirazlarda rolunun şişirdildiyini deyir. Kremlin opponentləri narahatdırlar ki, bu qanunvericilik opponentlərin uşaqları tovlayıb riskə atdıqlarını deməklə onları gözdən salmaq üçün istifadə oluna bilər.

Luzin Navalny tərəfdarıdır, qeydiyyatsız Libertarian Partiyasının üzvüdür.

Ona ittiham Kalininqradın mərkəzində nümayişdən sonra irəli sürülüb. Həmin aksiyada o və iki qız saxlanarkən işgəncəyə məruz qaldıqlarını iddia edən fəalları dəstəkləyən plakat qaldırmışdılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG