Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:39

Facebook və YouTube məsciddən yayına görə məhkəməyə verilib


Al Noor məscidi yaxınlığında müsəlmanlar namaz qılır
Al Noor məscidi yaxınlığında müsəlmanlar namaz qılır

Fransanın müsəlman şurası Facebook YouTube şəbəkələrini məhkəməyə verib. Səbəb martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində məsciddə törədilmiş qətllərin bu sosial şəbəkələrdə canlı yayınıdır. Yayını hadisədən dərhal sonra saxlanmış Brenton Tarrant aparıb.

Şuranın mövqeyinə görə, bu yolla şirkətlər “terrorçuluğu həvəsləndirən və insan ləyaqətinə ziyan vuran” materialların yayılmasında iştirak edib. İddianı qaldıranlar həmçinin bildirirlər ki, şirkətlərin yayını dayandırması, onun yayılmasını önləməsi həddən artıq çox çəkib.

Fransa qanunlarına görə, videohostinq və sosial şəbəkəni 75 min avro cərimə gözləyir.

FACEBOOK MİLYON YARIM VİDEONU SİLDİYİNİ DEYİRDİ

Daha öncə Facebook administrasiya bildirib ki, məscidlərə hücumdan sonrakı 24 saat ərzində həmin hücumla bağlı yarım milyondan artıq video silinib.

Brenton Tarrant məhkəmədə
Brenton Tarrant məhkəmədə

Şirkət videonun redaktə olunmuş versiyalarının da silindiyini bildirirdi, həmin videolarda birbaşa adamların güllələnməsi kadrları yoxdur. Brenton Tarrant hadisə zamanı sosial şəbəkələrdə birbaşa yayım aparırdı.

Teraktdan sonrakı ilk saatlar ərzində tam 17 dəqiqəlik video və onun fraqmentləri sosial şəbəkələrdə geniş yayılıb. Polisin onlardan istifadə etməməklə bağlı çağırışına baxmayaraq, Avstraliyanın bəzi media orqanları bu fraqmentləri yayıb.

Facebook ona görə tənqid olunur ki, qaydalarına baxmayaraq, translyasiyanı dayandırmayıb, videonun yayılmasını da yetərincə fəallıqla önləməyib, tənqidçilər belə deyir.

İki məsciddə törədilmiş qırğında 50 nəfər həlak olub. Xəstəxanalarda hələ də onlarla xəsarət alan var, 12-nin vəziyyəti ağırdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG