Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:05

Serbiyalı İtaliyada ikiqat qətldə təqsirli bilinib


Foto arxiv

İtaliyada bir serbiyalı ikiqat qətl törətməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

Igor Vaclavic-ə qarşı hökm ölkənin şimalındakı Boloqna şəhərində martın 25-də çıxarılıb. Xəbəri ANSA agentliyi yayıb.

Vaclavic məhkəmə prosesini İspaniyadan videoəlaqə vasitəsilə izləyib. O, səkkiz aylıq axtarışdan sonra İspaniyada həbs olunub.

Vaclavic hələ İtaliyaya ekstradisiya olunmalıdır. O, 2017-ci ilin aprelində törətdiyi iki qətlə görə qiyabi mühakimə olunaraq təqsirli bilinib. 2017-ci ilin dekabrında İspaniyada saxlanarkən ikisi polis əməkdaşı olmaqla üç nəfər öldürülüb.

O hələ axtarışda olarkən İtaliya mediası Vaclavic-i qəddar rusiyalı keçmiş əsgər kimi təsvir edərək ona “Rusiyalı Igor” ləqəbini verib. Sonradan bu informasiya yalan çıxdı, amma ləqəb qaldı.

XS
SM
MD
LG