Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:00

Suriyada Rusiyanın üç əsgəri öldürülüb


Suriyada Rusiya əsgəri

Rusiya ordusu Suriyada üç hərbçisinin həlak olduğunu deyir.

Rusiyanın Müdafiə Nazirliyi martın 25-də yaydığı bəyanatda bildirib ki, əsgərlər fevralın sonunda ölkənin şərqindəki Deir Ezzor vilayətində yaraqlıların qurduğu pusquda həlak olublar.

Nazirlik Rusiya qüvvələrinin 30-dan artıq yaraqlının izinə düşdüyünü və onları “məhv etdiyini” bildirir. Reydin nə vaxt gerçəkləşdirildiyi bəlli deyil.

Bununla da rəsmi məlumata görə, Suriyada öldürülmüş rusiyalı əsgərlərin sayı 115-ə çatıb.

Ən böyük itki ötən ilin martında verilib, Rusiyanın nəqliyyat təyyarəsi Suriyanın Hmeimim hava bazasında qəza edib, 39 nəfər həlak olub.

Rusiya 2015-ci ildən Suriyanı bombalayır, Prezident Bashar al-Assad rejiminə kömək edir.

Hələ də üsyançı qruplar və yaraqlılar Suriyanın şimal-qərbinə və cənub-qərbinə nəzarət edir, ölkənin şimal-şərq hissəsi isə Birləşmiş Ştatların dəstəklədiyi kürd alyansının əlindədir.

XS
SM
MD
LG