Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Putin narazıların son nəfəsliyini də bağlayır – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Rusiya cəmiyyəti və institutlarına “sayqısızlığı” kriminallaşdıran yeni qanun ölkədə etirazların olub qalan son hüquqi formalarının sonunu gətirə bilər. Bu haqda “The Athlantic” portalında Anna Nemtsova yazır.

Oktyabrda 17 yaşlı Mikhail Zhlobitsky Rusiya təhlükəsizlik xidmətlərini tənqid edib və özünü FSB-nin ofisi qarşısında partladıb. Jurnalist Svetlana Prokopyeva isə efirdə deyib ki, Zhlobitsky Prezident Vladimir Putinin hakimiyyəti dövründə böyümüş nəsildəndir, amma hakimiyyət individual hüquqları qorumaq əvəzinə ifadə azadlığını sıxışdırır, deyən jurnalist ədliyyənin repressiv sistemə çevrildiyini də sözlərinə əlavə edib.

Bir neçə aydan sonra Prokopyeva cinayət təhqiqatının hədəfinə çevrilib, hakimiyyət onu “terrorçuluğu əsaslandırmaq”da suçlayıb. Ötən həftə isə Putin Rusiya cəmiyyətinə, hökumətə, rəsmi simvollara, konstitusiyaya, istənilən dövlət qurumuna “sayqısızlığı” kriminallaşdıran yeni qanunu imzalayıb. İnsan haqları müdafiəçiləri bu qanunun azsaylı narazılara qarşı istifadə olunacağından narahatdırlar.

Svetlana Prokopyeva
Svetlana Prokopyeva

Human Rights Watch insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denberin fikrincə, dövlət simvollarına sayqısızlıqla bağlı yeni qanunun məqsədi söz azadlığını boğmaqdır. “Hökuməti tənqid edənləri qadağan etmək, tənqid və narazılığı qaralamaqdan başqa nəyə lazımdır ki?” – o deyir.

Əfqanıstanda quraqlıq və ümidsizlik

“The Guardian” qəzeti son on ilin ən kəskin quraqlığının, münaqişənin uzanmasının Əfqanıstanda yoxsulluğu dərinləşdirməsindən yazır. Ölkənin qərbindəki Herat şəhərində Mofleh xəstəxanasında 24 uşaq pis qidalanmadan müalicə alır.

Hazırda bu ölkədə 13,5 milyon nəfər kəskin ərzaq qıtlığı yaşayır, bu, 2017-ci ildəkindən 6 milyon nəfər çoxdur. Yəni, həmin adamlar gündə bir dəfədən də az yeyir.

Əfqanıstanın Herat vilayəti
Əfqanıstanın Herat vilayəti

Yəməni çıxmaqla, bu, böyük göstəricidir”, – BMT-nin Əfqanıstan üzrə xüsusi təmsilçisinin müavini Toby Lanzer deyib. 3,6 milyon nəfər aclığın bir addımlığındadır. Bir çox yerlərdə baş verən daşqınlar ailələrin çətinliyini daha da artırıb.

Hazırda ABŞ Talibanla sülh danışıqları aparır, ABŞ əsgərləri bu ölkədən çıxa bilər. BMT bu il üçün donorlardan 612 milyon dollar istəyib, amma bunun yalnız 11 faizi ayrılıb.

Əfqanıstanın Unicef-dəki təmsilçisi Adele Khodr deyir ki, donor dəstəyi olmasa, Əfqanıstan heç kəsin təsəvvür edə bilməyəcəyi humanitar faciəylə üzləşər, ölkə parçalana bilər. “Yaranacaq xaotik vəziyyət təkcə burda deyil, başqa yerlərdə də təhlükəyə səbəb olar”, – o, sözlərinə əlavə edib.

Apple videoxidmət təqdim edir

Apple şirkəti bazar ertəsi çoxdan gözlənilən video xidməti işə salıb. Bu xidmət Netflix, Amazon və kabel televiziyası ilə rəqabət apara bilər.

Arxiv fotosu
Arxiv fotosu

Yeni xidmətdə orijinal TV şoular və kinoların olacağı gözlənir. Bu xidmətin şirkətə 1 milyard dollardan artıq vəsaitə başa gəldiyi bildirilir. Netflix və HBO isə hər il bundan qat-qat artıq xərcləyirlər.

Apple şirkətinin brend məhsulu olan iPhone mobil telefolarının satışı azaldığından şirkət rəqəmsal abunələr üzrə irəliləməyi hədəfləyir.

“Apple bu oyunda çox gecikib. Netflix artıq kontentin yaradılması və paylaşılması üzrə qızıl standarta çevrilib”, – eMarketer-in təhlilçisi Paul Verna deyib.

Hazırda Netflix-in dünyada 139 milyon abunəçisi var. Apple rəqib sarıdan korluq çəkməyəcək. Amazon video striminqdə güclü qüvvəyə çevrilib. Walt Disney Co. da bu ildən öz xidmətini yaradır.

Apple pul sarıdan da kasad deyil, 245 milyard dollar nağd pulu, qiymətli kağızları var. “The Associated Press” yazır ki, o, özünün cəlbedici olduğunu Hollivuda sübut etməli, daha sonra geniş izləyici kütləsini təmin etməlidir.

XS
SM
MD
LG