Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 19:57

Minskdə polis müxalifətin yürüşünün qarşısını alıb


Minskdə saxlanan qadın

Martın 25-də Belarusun paytaxtı Minskdə polis yüzlərlə müxalifətçinin yürüş keçirməsinə imkan verməyib, azı 12 nəfərini saxlayıb.

Antihökumət yürüşü 1918-ci ildə Rusiyada müstəqilliyin elanının 101-ci ildönümünü qeyd etmək üçün təyin olunmuşdu.

Belarus Xalq Respublikası 1919-cu ilədək mövcud olub və Sovet Rusiyasını tərəfindən ələ keçirilib.

Saxlananların çoxu sonradan buraxılıb, azı biri həbsdə qalıb. Məlumatı Vyasna insan haqları qrupu yayıb.

Saxlananlar içində müxalif siyasətçilər Vital Rymasheuski və Nikolai Kozlov, musiqiçilər Lavon Volski, Dmitry Voityushkevich, Pavel Arakelyan və Igor Varashkevich olub.

Martın 23-də isə bir neçə min adam Qrodno şəhərində ildönümü qeyd edib. Həmin tədbirə yerli hakimiyyət icazə vermişdi.

XS
SM
MD
LG