Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 06:15

Rusiyalı deputat Mueller-in hesabatını alqışlayır


Konstantin Kosachev

Rusiya parlamentinin yuxarı palatasının üzvü ABŞ xüsusi prokuroru Robert Mueller-in son hesabatını alqışlayıb, bunun iki ölkəyə münasibətlərini bərpa etmək fürsəti verdiyini deyib. Mueller Moskvanın 2016-cı il prezident seçkisində rolunu araşdırırdı. Baş prokuror hesabatın icmalında yazır ki, Trump-ın seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmə aşkarlanmayıb.

“Biz Rusiyada bunu lap əvvəldən bilirdik”, – Federasiya Şurasının beynəlxalq münasibətlər komitəsinin rəhbəri Konstantin Kosachev martın 25-də Facebook postunda yazıb. O, Muellerin istintaqının “iki il ərzində davamlı yalanlar”la müşayiət olunduğunu vurğulayıb.

Kosachev deyir ki, “indi münasibətlərimizdə çox şeyi yenidən başlamağa fürsət var, amma yenə də Trump-ın bu riskin altına girəcəyi sual doğurur. Biz əlbəttə hazırıq”.

Rusiyayla Birləşmiş Ştatların münasibətlərinin gərginləşməsinə bir sıra məsələlər– Moskvanın Ukraynaya təcavüzü, onun ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi, Suriya müharibəsində Assad rejimini dəstəkləməsi səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG