Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Aprel, bazar, Bakı vaxtı 02:08

Əfqanıstana raket zərbəsindən 13 dinc sakin həlak olub


Arxiv fotosu

Ötən həftə Əfqanıstanın şimalındakı Kunduz şəhərinə “beynəlxalq qüvvələr”in endirdiyi raket zərbəsi zamanı çoxu uşaq olmaqla 13 dinc sakin öldürülüb. Bunu BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) bildirir.

UNAMA martın 25-də yaydığı bəyanatda öldürülənlərin 10-nun uşaq, həm bir böyük ailənin tərkib hissəsi olduğunu, bundan “ciddi narahatlıq” keçirdiyini vurğulayır.

İnsident zamanı daha üç dinc sakin yaralanıb.

NATO-nun Əfqanıstandakı missiyasının sözçüsü martın 24-də həmin əraziyə raket zərbəsi endirildiyini bildirmişdi. Missiya məqsədinin dinc sakinlərin arasında ölüm hallarını azaltmaq olduğunu, Taliban yaraqlılarının isə dinc sakinlər arasında gizləndiyini vurğulayırdı.

UNAMA fevralda açıqladığı hesabatda deyirdi ki, ötən il Əfqanıstanda 3 min 800 dinc sakin öldürülüb, 7 mindən çoxu yaralanıb və bu, bir il öncəkindən 11 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG