Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Dağlıq ərazilərdə qar gözlənir


Yağış

Martın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycan bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG