Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:00

Jimmy Carter ABŞ-ın uzunömürlü liderləri arasında rekord vurdu


Jimmy and Rosalynn Carter-lər
Jimmy and Rosalynn Carter-lər

Jimmy Carter, ABŞ-ın 39-cu prezidenti uzunömürlü liderlər arasında rekord vurub.

2019-cu il, martın 22-də onun 94 yaşı və 172 günü tamam olub.

Bu barədə “Amerikanın səsi” radiosunun Rusiya xidməti məlumat verir.

90 yaşını ötən ölkə liderlərinin siyahısına ikinci prezident John Adams, 40-cı prezident Ronald Reagan və 31-ci prezident, böyük George Bush daxildir.

Carter ABŞ-I 1977-1981-ci illərdə idarə edib.

O həmçinin, Ağ evdən getdikdən sonra, ABŞ prezidentləri arasında ən uzun aktiv siyasi və ictimai fəaliyyət göstərən şəxsdir.

2012-ci ilədək bu record 90 il yaşamış 31-ci prezident Herbert Hoover-də idi.

Hoover 1929-1933-cü illərdə prezident olub.

2015-ci ilin avqustunda Carterin ciddi ankoloji xəstəliyə tutulduğu bəlli olur. Amma əməliyyat və intensiv radio və kimyəvi terapiyadan sonra sağala bildi.

Oktyabrda Carterin 95 yaşı tamam olacaq.

Onun 91 yaşlı həyat yoldaşı Rosalynn, onların birgə həyata keçirdikləri illik “Jimmi və Rosalynn Carter" işçi layihəsində iştirak etməkdə davam edir.

Onlar bu layihəni “Habitat for Humanity” adlı qeyri-hökumət təşkilatı ilə birgə həyata keçirirlər.

Bu fond bütün dünyada mənzilə ehtiyacı olanlara ev tikməklə məşğuldur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG