Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

2045-ci ilədək vərəmin kökünü kəsmək ‘olar’


Suriyada vərəmli qadın
Suriyada vərəmli qadın

Hər il vərəm xəstəliyindən 1,6 milyondan çox adam ölür və müasir dünyamızın ən yoluxucu viruslarından sayılır. Xroniki ağciyər xəstəliyi olan tuberkulyoz vaxtında aşkarlanarsa müalicəsi mümkündür.

Hətta beynəlxalq ekspertlər qrupu bu həftə bildirib ki, bu öldürücü xəstəliklə mübarizəyə lazımınca pul ayrılsa, 2045-ci ilədək onun kökünü kəsmək olar. Bu haqda “Frans Pres” agentliyi yazır.

Ekspertlər xəbərdarlıq edirlər ki, hərəkətsizliyin iqtisadi və sosial xərcləri böyükdür, vaxtında rentgen, müalicə, ictimai maarifləndirmə aparılsa, ildə 10 milyondan çox yoluxma halını azaltmaq olar.

32 MİLYARD DOLLARLIQ İQTİSADİ ZİYAN

“Bu xəstəliyin iqtisadi yükü həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr üzərinə düşür”, – BMT-nin vərəm üzrə xüsusi təmsilçisi Eric Goosby agentliyə deyib.

“Burada söhbət raket elmindən deyil, sağlam məntiqdən gedir. Yeni profilaktika strategiyası hazırlamalıyıq”, – o deyib.

Vərəm min ildir mövcuddur, dünya əhalisinin dörddə birində gizli şəkildə yaşayır.

Hər il bu xəstəlikdən ölənlərin sayı HIV/AIDS və malyariyadan dünyasını dəyişənlərin birgə sayı qədərdir. Amma bir əsrdir vərəmə qarşı yeni, kommersiya baxımdan əlçatımlı peyvənd kəşf edilməyib.

Hazırda bu xəstəliklə mübarizəyə AIDS-ə ayrılan pulun cəmi 10 faizi ayrılır.

13 ölkədən ekspertlər qrupu “The Lancet” dərgisində yazırlar ki, vərəmlə lazımınca mübarizə aparılması üçün illik vəsait dörd dəfə artırılaraq 3 milyard dollara çatdırılmalıdır.

Dünyada vərəmdən hər üç ölümün biri Hindistanda qeydə alınır. Ekspertlərin bildirməsinə görə, daha yaxşı müalicə nəticəsində ölkədə ölüm hallarını 30 faizədək azaltmaq olardı, bundan ötrü ilə 290 milyon dollar xərcləmək lazımdır.

Amma vərəmin dünyaya vurduğu illik iqtisadi ziyan isə 32 milyard dollardır.

“The Lancet”dəki araşdırmada deyilir ki, vərəmdən ölümləri ildə 200 mindən də aşağı salmaq dünyaya ildə 10 milyard dollara başa gələr.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG