Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:08

'Azərbaycanda 87 siyasi məhbus var'


Həbsxana

«Martın 16-da prezidentin əfv sərəncamından sonra 50-dən çox siyasi məhbus azadlığa buraxılsa da, hələ Azərbaycan həbsxanalarında 87 siyasi məhbus qalır».

Bu fikir Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatından götürülüb.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənovun hazırladığı bildirilir.

Sənəddə 87 nəfər 7 qrupa bölünüb. «Jurnalistlər və bloqerlər» 5, «hüquq müdafiəçiləri» 1, «müxalifət partiyaları və hərəkatlarının üzvləri» kateqoriyasına isə 7 şəxsin adı daxil edilib. Onlardan başqa, 3 nəfər MTN-nin (2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi) həbs etdiyi insanlardır. 56 nəfər «dindar», 1 nəfər də «girov» sayılır. Girov deyiləndə, siyasi fəallara doğma olan insanlar nəzərdə tutulur. Siyahıda olanların qalanları da «ömürlük mühakimə olunanlar» kateqoriyasına aid edilib.

Ancaq Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahı yoxdur. Prezidentin sonuncu əfv sərəncamına qədər siyahılarda rəqəmlər 127-dən 140-a qədər dəyişirdi.

Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bununla bağlı məlumatları qərəzli sayır. Dövlət rəsmiləri bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların fikrinə, əqidəsinə görə təqib edilmədiyini bildirirlər.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda siyasi məhbus sayılan şəxslər üzrə məruzəçi fəaliyyət göstərir. «Amnesty Intrenational» təşkilatı ölkədə 10-dək insanı «vicdan məhbusu» elan edib.

Multimedia

XS
SM
MD
LG