Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:05

Ümumdünya Su günüdür


Ukraynada içməli su növbəsi
Ukraynada içməli su növbəsi

Münaqişələrin uzandığı ölkələrdə yaşayan, yaşı 15-dən aşağı uşaqlar birbaşa zorakılıqla müqayisədə diarreya xəstəliklərindən 3 dəfə artıq ölürlər. Bu xəstəliklərə isə təhlükəsiz su, sanitariya və gigiyena çatışmazlığı səbəb olur. Bunu BMT-nin uşaq təşkilatı UNICEF martın 22-də Ümumdünya Su günündə açıqladığı hesabatda bildirir.

“Atəş altında su” hesabatında uzunmüddətli münaqişə yaşanan 16 ölkə öyrənilib. Üzə çıxan odur ki, bu ölkələrdə yaşı 5-dən aşağı uşaqlar birbaşa zorakılıqdansa təhlükəsiz su və sanitariya qıtlığından 20 dəfə çox ölürlər.

UNICEF hökumətləri və tərəfdaşları su və sanitariya infrastrukturuna hücumları dayandırmağa;

həyat əhəmiyyətli humanitar tədbirləri hamı üçün davamlı su və sanitariyanın inkişafına bağlamağa;

hökumətlərin və yardım agentliklərinin fövqəladə vəziyyətlərdə davamlı olaraq yüksək keyfiyyətli su və sanitariya xidməti təmin etmək qabiliyyətini gücləndirməyə çağırır.

Öyrənilən 16 ölkə sırasında Əfqanıstan, İraq, Suriya, Somali var.

Dünyada təmiz su ilə bağlı xüsusi gün təsis etmək ideyası 1992-ci ildə BMT-nin konfransında təklif olunub. 1993-cü il martın 22-də ilk dəfə olaraq Ümumdünya Su Günü qeyd olunmağa başlanıb.

XS
SM
MD
LG