Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Qazaxıstanda Novruz şənliklərində saxlananlar var


Almatıda etirazçı saxlanır
Almatıda etirazçı saxlanır

Martın 22-də polis Qazaxıstanın paytaxtı Astana, eləcə də Almatı və Şimkent şəhərlərində onlarla adamı saxlayıb. Onlar paytaxtın adına keçmiş Prezidenti Nursultan Nazarbaev-in adının verilməsinə etiraz edirlər.

Həbslər Novruş şənlikləri zamanı baş verib.

Astana polis əməkdaşları əlində etiraz plakatı tutanlarla əlbəyaxa olub, onları saxlayaraq hadisə yerindən uzaqlaşdırıb.

AzadlıqRadiosu-nun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time” rusdilli şəbəkəsinin əməkdaşı Svetlana Glushkova da saxlanıb.

RADİO ƏMƏKDAŞLARINA MANE OLUBLAR

Bir dəstə gənc kişi və qadın isə ənənəvi Novruz geyimlərində AzadlıqRadiosu-nun Astanadakı müxbirlərini dövrəyə alıb, onların həbsləri işıqlandırmasına mane olub, “Novruz bayramıdır! Bizdən yazın!” deyə qışqırıblar.

Astanada şənlikdə qarşıdurma
Astanada şənlikdə qarşıdurma

​Hətta AzadlıqRadiosu əməkdaşının kamerasını qəzetlə örtüblər ki, həbsləri çəkə bilməsin.

Almatıda da radio əməkdaşları eyni əngəllər qarşılaşıb.

Martın 21-də isə Astanada polis 20-dək etirazçını saxlayıb. Onlar Astanın Nur-Sultan adlandırılmasına qarşı çıxırlar.

Nazarbaev martın 19-da qəfildən istefaya getdiyini elan edib. Amma o, Təhlükəsizlik Şurasının ömürlük sədri, həmçinin hakim Nur-Otan partiyasının sədridir.

Palatanın yuxarı palatasının spikeri Qasym-Zhomart Toqaev aralıq dövr prezidenti kimi and içib. Gələn ilin aprelində Qazaxıstanda prezident seçkisi keçirilməlidir.

Toqaev elə həmin iclasda təklif edib ki, Astanaya Nursultan adı verilsin, parlament də təklifi dərhal dəstəkləyib.

Prezidentin mətbuat xidməti martın 21-də bildirib ki, paytaxtın adı Nur-Sultan olacaq.

Martın 22-də keçirilən etiraz yürüşlərini qadağan olunmuş Qazaxıstan Demokratik Seçimi (DVK) hərəkatının lideri Mukhtar Ablyazov onlayn təşkil edib. O, Nazarbaev hökumətinin tənqidçisidir, hazırda Fransada mühacirətdə yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG