Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:55

Əfqanıstanda iki ABŞ hərbçisi öldürülüb


Əfqanıstan ordusunun əsgərləri

Əfqanıstandakı NATO qüvvələri əməliyyat zamanı iki ABŞ hərbçisinin öldürüldüyünü bildirir.

Martın 22-də yayılmış bəyanatda NATO missiyası əlavə detal açıqlamayıb, öldürülənlərin adlarını da çəkməyib.

Hazırda Talibanla ABŞ arasında sülh danışıqları aparılmasına baxmayaraq, Əfqanıstanda zorakılıq davam edir.

Danışıqların son raundu ayın əvvəlində bitib, tərəflər irəliləyiş olduğunu deyiblər, amma razılaşma əldə olunmayıb.

Əfqanıstandakı NATO missiyasının 17 min üzvü var, onların yarısı Birləşmiş Ştatlardandır.

XS
SM
MD
LG